Page 73 - "Bildirçin və payız"
P. 73
Áèëäèð÷èí âÿ ïàéûç

– Əgәr hәr şey dediyiniz kimidirsә, onda mәnә
qovulmağa layiq olmayan bir mәmur göstәrin.

Komissiya üzvlәrindәn biri – İsa onu әvvәllәr
görmәmişdi – mәmurun xalq qarşısında öhdәliklәri
barәdә hәrarәtlә danışmağa başladı.

– İnqilab dövlәt aparatını hәr növ korrupsiya vә
hüquqpozma hallarından tәmizlәmәyi qarşıya mәqsәd
qoymuşdur, – o qışqırdı. – Demәk istәdiyim budur ki,
bundan sonra xoşbәxt, firavan hәyat sürmәk üçün
kimsәnin hansısa zümrәyә mәnsub olmasına, vәzifәli
adamlarla qohumluğuna vә onların himayәsinә
sığınmağına ehtiyac qalmayacaq. Vә sizi әmin edirәm
ki, gәlәcәkdә bir misirlinin belә haqqı tapdanmayacaq.
Eşidirsiniz? Bir misirlinin belә.

İsa son deyilәnlәrә reaksiya vermәdi. İçindәn gәlәn
bir hiss ona sükutu qorumağı vә bu komissiya üzvü
ilә mübahisәyә girişmәmәyi mәslәhәt görürdü.
Komissiya saat dördә kimi işini davam etdirdi. İclas
zalını tәrk edib evә yollananda İsanın qәdd-qamәti
ağacqurdunun yediyi quru budağa bәnzәyirdi.
Üzülüb әldәn düşdüyündәn sәs-küylü izdihamın
içindәn keçәrkәn sanki heç kimi görmür, iti bıçaq kimi
içini doğrayan hәyәcandan savayı, heç nә hiss etmirdi.

– Bәlkә, işlәrin barәdә Hәsәnlә dә danışasan? Axı
әmioğlun da o dәstәdәndir?! – anası mәslәhәt gördü.

Sözlәr ilan zәhәri kimi İsanın qanına işlәdi.
Əsәbdәn, eyni zamanda, çarәsizlikdәn gözlәrindә yaş
yox, qәzәb qığılcımları görünürdü.

73
   68   69   70   71   72   73   74   75   76   77   78