Page 69 - "Bildirçin və payız"
P. 69
Áèëäèð÷èí âÿ ïàéûç

hәmkarları, tanışları var idi. Onlardan birini – hal-
hazırda Ali İnzibati Mәhkәmәdә çalışanı İsa univer-
sitetin Tәlәbә Hәmkarlar Komitәsindәn tanıyırdı.
Hә a bir dәfә Beytül-Ummә muzeyi qarşısında baş
tutan aksiya zamanı ikisi dә az qala öldürülәcәkdi.

İsa tәlaş içindә qurumuş dodaqlarını yaladı:
qәribәsi o idi ki, bu adamlardan heç biri onu tanıdığını
eyhamla da olsa, bildirmirdi. Onlarla göz-gözә gәlәn
zaman ya üzlәrini o yana çevirir, ya qarşılarındakı
sәnәdlәri guya ki, gözdәn keçirir, ya da ki, soyuq vә
laqeydliklә ona baxırdılar – sonuncuları o, yüz faiz
tanımırdı. Amma tanıdıqları arasında olan Tәftiş
Komissiyasının üzvü vә Dövlәt İdarәçiliyi
Komissiyasının direktoru da eyni tәrzdә davranırdı.
Burda әylәşәnlәrin bәzilәri әvvәllәr – üzvü olduğu
partiya hakimiyyәtdә olmadığı müddәtdә belә – onun
paxıllığını çәkirdi. Di gәl ki, indi, qorxu hissinin
ağıllara, ürәklәrә hakim kәsildiyi, sanki ruhlar
dolaşan, xoşagәlmәz siqaret qoxusu qara divarlarına
hopmuş, hündür tavanlı böyük otaqda bu adamlar
qarşısında oturmağa mәcbur qalmışdı. Otağın balkona
açılan şüşәli qapısından bayıra baxdı. Balkonun
mәhәccәrinә qonan çalağan birdәn insan fәryadına
bәnzәr sәs çıxararaq yerindәn götürüldü.

Komissiya rәhbәri tünd-qәhvәyi rәngli eynәyinin
arxasından İsaya uzun-uzadı baxdı.

– Xahiş edirәm, sakitlәşib özünüzü әlә alasınız, –
dedi, – bizim әdalәtimizә zәrrә qәdәr şübhәniz
olmasın. Yalnız vә yalnız qanun çәrçivәsindә hәrәkәt
edәcәyik.

69
   64   65   66   67   68   69   70   71   72   73   74