Page 65 - "Bildirçin və payız"
P. 65
Áèëäèð÷èí âÿ ïàéûç

– Lazımi gücümüz olsaydı, bu gün baş verәnlәrin
әsas iştirakçısı kimi kralı özümüz devirә bilәrdik.

– Buna tәәssüf etmәk lazım olub-olmadığını deyә
bilmәrәm, – әs-Sәlhubi rişxәndlә cavab verdi.

Sonra danışılanların heç birisinә İsa qulaq asmadı,
çünki xәyala dalmışdı. Gözlәri önündә canlanan
keçmiş onun üçün şәrәf vә lәyaqәt simvolu idi. Amma
nәdәnsә o günlәri xatırladıqca ürәyi qubar bağlayırdı.
İçindәn gәlәn bir hiss ona deyirdi ki, sahib olduğu
xoşbәxt vә firavan hәyat sabun köpüyütәk bir göz
qırpımında partlayıb yox olacaq. Xoş olmayan
qәribәliklәrlә dolu hәyat ona yavaş-yavaş iç üzünü
göstәrәcәk. Vә o, hәyatın bu üzü ilә qarşılaşmağa
özündә cürәt tapacaq, çünki buna bәnzәr hallar
әvvәllәr dә olmuşdu. İsaya bir anlıq elә gәldi ki, sabun
qabarcığının içindә oturub vә bayırdan ona yad bir
sima maraqla tamaşa edir – bu, hәyatın iç üzü idi. İsanı
әn çox narahat edәn isә gәlәcәk hәyatın onu hansı
әhvali-ruhiyyәdә qarşılayacağı idi.

İsa başını yuxarı qaldırdı. Baxışları bir müddәt
soyuq buxarının üstündә, divardan asılmış şәkillәrdә
ilişib qaldı. Şәkillәrin birindәn eybәcәr sifәtli, dom-
bagöz vә qalındodaq bir zәnci qadın ona baş tovlayan
vә ovsunlayıcı bir tәrzdә baxırdı...

7
Günlәr bir-birini әvәz etsә dә, şübhәlәr İsanı
içәridәn didib-dağıtmaqda idi. Artıq ürәyindә rahatlıq
yox idi, әsәblәri dözmürdü. Toy, vәziyyәt düzәlә-
nәcәn, qeyri-müәyyәn vaxta qәdәr tәxirә salındı.

65
   60   61   62   63   64   65   66   67   68   69   70