Page 67 - "Bildirçin və payız"
P. 67
Áèëäèð÷èí âÿ ïàéûç

Köklәri çürümüş mövcud siyasi sistemin sütunları
dağılmaq üzrә idi.

Digәr tәrәfdәn, әvvәllәr baş vermәsi qeyri-
mümkün olan hadisәlәr cәrәyan etmәyә başlamışdı.
Mәsәlәn, götürәk elә vәkil vә deputatlar palatasının
keçmiş üzvü, dostu İbrahim Xeyratı. Qәzetlәrdә elә
mәqalәlәr yazırdı ki, hamı onu inqilabın tәşkilatçı-
larından biri olduğunu zәnn edirdi. Yazılarında
mәnsub olduğu “Vәfd” dә daxil olmaqla, bütün siyasi
partiyaları tәnqid edirdi. Amansız tәnqidә mәruz
qalanlar arasında devrilmiş monarxiya da var idi,
sanki kralın zamanında yüksәk vәzifә tutanlardan biri
bu deyildi.

Abbas Sadiqә gәlincә, әvvәlkitәk sakit, soyuqqanlı,
özünә әmin görkәmini saxlamışdı. Başqaları kimi
mәyusluğa qapılmamışdı. Elә bil әtrafında baş
verәnlәrin onunla yaxın-uzaqdan bir bağlılığı yox idi,
necә deyәrlәr, tufan qopsa, tükü tәrpәnmәzdi.
Əvәzindә yeni rejimdә kürәyini söykәyәcәk bir dayaq
tapmışdı. Nüfuzlu havadarı sayәsindә böyümәkdә
olan istәklәrinin hәyata keçmә ehtimalı artmışdı.

Tәkcә Samir Abdul-Baqi onunla eyni taleyi, eyni
hәyәcanı vә qorxunu bölüşürdü. Bu arıq vә
qarabuğdayı gәncin yaşıla çalan gözlәrindәn hәlimlik
yağırdı. “Ellә gәlәn bәla toy-bayramdır” deyәn İsa
dostuna baxanda tәskinlik tapırdı.

– Sәn necә fikirlәşirsәn, axırımız necә olacaq? – İsa
dostunu danışdırıb tәsәlli tapmaq istәyirdi.

– Ən yaxşı halda bizi işdәn qovacaqlar, – dostu acı-
acı gülümsәdi.

67
   62   63   64   65   66   67   68   69   70   71   72