Page 63 - "Bildirçin və payız"
P. 63
Áèëäèð÷èí âÿ ïàéûç

oldu. Hәmçinin kralın İsgәndәriyyәdәn çıxıb getdiyi
gün әhalinin necә şadyanalıq etmәsi dә onun gözlәri
önündә baş verdi. Bu müddәt әrzindә bir-birinә zidd
fikirlәr burulğanında çapalaya-çapalaya qalmışdı.

Zalım hökmdarın ölkәdәn qovulması onun böyük
sevincinә sәbәb olmuşdu – bunun nә vaxtsa baş
verәcәyinә ümid etmәk belә çәtin idi. Belәcә, uzun
müddәtdir ki, içini yeyib-dağıdan nifrәt hissindәn dә
qurtula bilmişdi. Lakin onun sevincinin hәddi vardı –
sonsuzluğa qәdәr davam edә bilmәzdi. Sanki birdәn-
birә qara buludlarla toqquşan sevinc hisslәri bir qәdәr
öz saflığını, tәbiiliyini itirmişdi. Uzun illәr ağrılardan
әzab çәkәn insan ürәyinin bu cür davranışı, bәlkә elә
tәbii qarşılanmalıdır? Bәlkә, bu, böyük düşmәn
üzәrindә qәlәbәdәn sonra onun yerә sәrilmiş cәsәdi
üstündә yumşaq ürәyin özündәn asılı olmadan göz
yaşı axıtmasıdır? Bәlkә qarşıya qoyulan böyük
mәqsәdә çatma vә arzu olunanın әldә edilmәsi
yaşamaq uğrunda mübarizәdә vacib amil sayılan
qәhrәmanlıq hissinin getdikcә ölmәsinә sәbәb
olmuşdu? Yәni bunların hamısı sevinc kasadlığına
gәtirib çıxara bilәrdi. Amma yox... Bәlkә dә, onu
tәәssüflәndirәn başqa şey idi: bu böyük qәlәbә onun
mәnsub olduğu partiyanın iştirakı olmadan әldә
edilmişdi.

İsa yenidәn Əbdül-Hәlim Şükrü paşanın qәsrinә
yollandı. Paşanın qonaqlarının üzündәn sevincqarışıq
qәmginlik, çaşqınlıq, tәәccüb vә hәyәcan oxunurdu.
Sükutu ilk olaraq ev sahibi pozdu:

– Əbәdi olan Allahdır.

63
   58   59   60   61   62   63   64   65   66   67   68