Page 59 - "Bildirçin və payız"
P. 59
Áèëäèð÷èí âÿ ïàéûç
– Hә, hә. Ərәbi paşa zamanında olduğu kimi.1
– İndi bu, nә anlama gәlir? Müharibә olacaq? –
qadın hәyәcanla dillәndi.
Doğrudan da... İndi bundan sonra nә olacaq?
Kimdәn mәlumat almaq olar? Qahirәdә bu dәqiqә elә
bir adam da yoxdur ki, ona nә isә tәzә xәbәr versin,
hamı xaricә gedib. Əslinә qalsa, o, özü dә indi burda
olmamalıydı. Mәzuniyyәt vaxtı çatsa da, qәrara
almışdı ki, onu evlәnәnә qәdәr tәxirә salsın; toydan
sonra arvadını da götürüb xaricә gedәcәkdi.
– Yox, – nәhayәt, anasına cavab verdi. – Sadәcә, or-
dunun öz tәlәblәri var. Bu tәlәblәr dә ki, mütlәq
ödәnilәcәk. Mәn belә ehtimal edirәm.
Elә hәmin gün İsa İsgәndәriyyәyә yollandı. Ordu
hakimiyyәtә qarşı qalxan vaxt kral bu dәbdәbәli kurort
şәhәrindә idi. Qatarda gedәrkәn vaqonun pәncәrәsi
qarşısında dayanıb, gözlәri önündәn sürәtlә ötüb-keçәn
yeknәsәq mәnzәrәyә tamaşa edә-edә gәrgin halda
düşünürdü: “Zalım hökmdar layiq olduğu şillәni әvvәl-
axır sifәtindә hiss elәyәcәk. Elәdiklәrinin qarşılığını
artıqlaması ilә almalıdır. Hәr günahın, hәr sәhvin, hәr
ağılsız hәrәkәtin bir bәd әli var. Bu, qanunauyğun-
luqdur. Ona görә dә, indi çәk cәzanı! Yaxşı, bәs bu
hәrәkatın başında kim dayanır? Onun vә mәnsub
olduğu partiyanın bu mәsәlәdә rolu nәdәn ibarәtdir?”
Vaxtaşırı ümidlәri ona qol-qanad verirdi. Digәr tәrәfdәn,
itlәr, pişiklәr zәlzәlәni baş vermәzdәn qısa müddәt әvvәl
hiss etdiyi kimi, yaxınlaşan fәlakәti dә duyurdu.
İsgәndәriyyәyә çatan kimi vağzaldan birbaş par-
tiyadan olan köhnә tanışı Şükrü paşanın iqamәtgahına
1Әrəbi paşa – 1881-1882-ci illərdə Misirdə Böyük Britaniya əleyhinə başlamış və
nəticədə amansızcasına yatırılmış milli azadlıq hərəkatının rəhbəri, polkovnik
(tərc.) 59