Page 57 - "Bildirçin və payız"
P. 57
Áèëäèð÷èí âÿ ïàéûç
savayı, mәgәr sәni heç nә maraqlandırmır? Bu gündәn
etibarәn gәrәk özünü, sözün әsl mәnasında, siyasәtçi
arvadı kimi aparmağı öyrәnәsәn.
Elә bu vaxt Süsәn xanım gәldi. Onu görcәk әynindә
akula dәrisindәn ağappaq kostyum olan İsa
centlmenlәrә xas bir şәkildә ayağa qalxdı. Qayınanası
yaxınlaşıb üzünü ona tutdu vә tәntәnәli şәkildә elan
etdi:
– Toy haqqında razılığa gәlә bildik. Qoy sәn deyәn
kimi olsun!
– Çox sağ olun, Süsәn xanım! – sevincәk cavab
verdi vә әylәşәrәk әlavә etdi. – Onda, inşallah, toy
avqustda olur, sonra da çıxıb Avropaya gedәrik.
Bunu deyib Sәlvaya baxdı, o da gözlәrini İsadan
çәkmәdәn gülümsәdi. Günәş üfüqün arxasında giz-
lәnmәk üzrә idi. Əli ilә dizlәrini ovxalayan İsa birdәn
başını qaldırıb Süsәn xanıma dedi:
– Bayaqdan Sәlvaya, on il bundan öncә necә aşiq
olduğumu danışırdım.
Süsәn xanım qaşlarını tәәccüblә yuxarı qaldırıb
Sәlvaya dedi:
– Qızım, nişanlının hәr dediyinә inanma! O, siyasәt
adamıdır. Mәn bu siyasәtçilәrin dabbaqda gönünә
bәlәdәm.
Hәr üçü ürәkdәn güldü.
57