Page 61 - "Bildirçin və payız"
P. 61
Áèëäèð÷èí âÿ ïàéûç
Bir müddәt çevir tatı-vur tatı, elә eyni sözlәri tәkrar
etdilәr. Bir az keçәndәn sonra İsa sağollaşıb getdi.
Şükri paşanın yanından çıxanda hәyәcanı birә-beş
artmışdı. Yolüstü bir taksi tutub qayınatası Əli bәy
Süleymanın bağına yollandı.
Əli bәy bambukdan düzәldilmiş yellәnәn kreslo-
nun kürәkliyinә söykәnib nәzәrlәrini boşluğa
yönәltmişdi. Axır zamanlar xeyli düşmüş, rәngi
solğunlaşmış, çoxsaylı qırışlar geniş alnını kәsik-kәsik
etmiş, qızarmış, şişkin vә xәstә gözlәri bir zamanlar
sahib olduğu gözәlliyini itirmiş vә xarici görkәmindә
hәmişә hiss olunan lovğalıq tamamilә yox olmuşdu.
Əvәzindә sifәtindәn yorğunluq vә narazılıq yağırdı.
Süsәn xanım vә Sәlva da yanında әylәşmişdilәr. İsanı
görcәk qayınatası ayağa qalxıb salamlaşdı vә sәbirsiz
halda soruşdu:
– Nә xәbәrlә gәlmisәn?
Hәr üçü donuq vәziyyәtdә dayanıb ondan cavab
gözlәyirdi. Onların ağır baxışları altında әylәşәn İsa
әvvәlcә dәrindәn nәfәs aldı, sonra zahiri sakitliyini
qorumağa çalışıb, nәhayәt, dillәndi:
– Kral devrildi.
Əli bәyin gözlәrindә son ümid qığılcımları da belәcә
söndü. Bir müddәt hәrәkәtsiz dayandı, baxışlarını
pәncәrәdәn aydın görünәn dәnizә zillәdi. Heç nә
düşünmәdәn, dalğın-dalğın bir-birini qovan dalğaları
seyr elәmәyә başladı. Birdәn üzünü İsaya tutdu:
– Yaxşı, bәs sәn... Daha doğrusu sizinkilәr... Partiya
yoldaşlarını deyirәm... Onlar buna nә deyir? Sizә,
necә, belә vәziyyәt әl verir?
61