Page 101 - "Bildirçin və payız"
P. 101
Áèëäèð÷èí âÿ ïàéûç
Bu sözlәri deyә-deyә gözü bir anlıq anasının
kәdәrli simasına sataşdı, sәsini alçaldıb, sanki üzr
istәyirmiş kimi dillәndi:
– Evi saxlamaq üçün çoxlu pula ehtiyacımız var. İn-
diki vәziyyәtdә o qәdәr xәrcin altına girib, sonra da
neçә il borc ödәmәk kimә lazımdır?
– Bunun, sәnin İsgәndәriyyәyә getmәyinlә nә
әlaqәsi var?
İsa qaşqabaqlı dillәndi:
– Heç bir әlaqәsi yoxdur. Sadәcә hesab edirәm ki,
bir az özümә gәlmәyim üçün burdan uzaqlaşmaqda
fayda var.
Ana yalvarırcasına oğluna baxdı:
– Bununla sәn düşmәnlәrinin әlinә fürsәt vermiş
olacaqsan. Hәrәkәtin onları çox sevindirәcәk. Zәrrә
qәdәr dә şübhә elәmirәm: әgәr әmioğlunun verdiyi
tәklifi qәbul etsәn, gözәl evimizi qoruyub saxlaya-
caqsan, hәm dә әvvәlki hәyat tәrzinә qayıda bilәrsәn.
İsa cavab vermәdi, gözlәrini yumdu, bununla da
mәnasız vә sәmәrәsiz söhbәti davam etdirmәk
istәmәdiyini bildirdi.
– Sәn mәnim oğlumsan, ona görә dә hәr işinә
bәlәdәm. Necә tәrs olduğun mәnә yaxşı bәllidir, –
anası kәdәrli sәslә dillәndi. – Bu sәnin qanındadır.
Dikbaşlığından heç vaxt әl çәkmirdin, hә a bilәndә ki,
bu sәnә ziyandır, yenә dә dediyindәn dönmürdün.
Əlbә ә, bircә evdә bu xasiyyәtinin sәnә ziyanı yox idi,
çünki sevgi ilә әhatә olunmuşdun. Amma dünya tәk
ana vә bacılardan ibarәt deyil axı!
İsa saymazyana çiyinlәrini çәkib israrla dedi:
101