Page 105 - "Bildirçin və payız"
P. 105
Áèëäèð÷èí âÿ ïàéûç

Dәniz vә oktyabr ayının sәrin havası... Yuxusuz
gecәlәrdә pәncәrәdәn boylanan İsa dәrin xәyallara
qapılır, hәrdәn, bir dәstә bildirçin havada uçuşaraq qıy
vururdu. Sanki bu quşlar çoxsaylı çәtinliklәr vә xәyali
qәhrәmanlıqlarla dolu ağır sәyahәtdәn sonra qaçılmaz
taleyә doğru istiqamәt almışdı. İsa tez-tez doğma
Qahirәni xatırlayırdı. Onu sanki buxova salan kәdәrli
xatirәlәr qara buludtәk başının üstünü alırdı... Əlbә ә,
yalnızlıq insan üçün bir tәcrübәdir, digәr tәrәfdәn ağır
bir sınaqdır. Lakin o, çox vaxt özündә narahatlıq,
hәyәcan, kәdәr, yuxusuz günlәr ehtiva edәn
xoşagәlmәz görüşlәrdәn uzaq durmaq vә istәmәdiyin
kәslәrlә üz-üzә gәlmәmәk üçün bir zәrurәtә çevrilir.
Hәmçinin bu yalnızlıq sәnә keçmiş arzularının,
ümidlәrinin üstündәn xә çәkmәyә yardım edir.
Rahatlıq tapmaq üçün yalnızlığın zәruri olduğunu
düşünәn İsa öz-özünә elә hey tәkrar edirdi: “Özünü
yalnızlıqla sınağa çәk! Qoy bu yalnızlıqda sәnә
hәmdәm stolun üstündәki radio, hәrdәn açıb
vәrәqlәdiyin kitab vә yuxuların olsun! Ölmәmişdәn
öncә ruhun bir halda rahatlıq tapa bilәr, o da yalnız
yalnızlıqda”.

Dәqiqәlәr bir-birini әvәz edir, sonra saatlar keçir,
özün dә hiss elәmәdәn zaman anlayışını itirirsәn, hә a
bu gün hәftәnin neçәnci günü olmasını da dәqiq
yadına sala bilmirsәn. Başını sallayıb gedirsәn. İçindә
bir xof da olur: fikirlәşirsәn ki, birdәn başını qaldırıb,
qar kimi ağappaq buludlar arxasından boylanan
günәşә baxsan, onun soyuq günlәrdә adamın canına
istilik gәtirәn şüalarından hәzz almaq istәsәn, yolunu

105
   100   101   102   103   104   105   106   107   108   109   110