Page 107 - "Bildirçin və payız"
P. 107
Áèëäèð÷èí âÿ ïàéûç

ularda mümkün olur. Yalnız hәmin yuxularda
çәtinliklәr asanlıqla dәf edilir, sәnә isә bircә yüksәk
yerdәn durub ucu-bucağı olmayan geniş sahәyә
tamaşa etmәk qalır, hәmin andaca ürәyinә rahatlıq
gәlir vә istәr-istәmәz torpağın üstündә görünәn,
görünmәyәn nә varsa, hәr şeyә özündәn asılı olma-
yaraq etinasızlıqla yanaşmağa başlayırsan.

“Görәsәn, Uca Yaradan “hәyat” adlandırdığımız
bu keşmәkeşli, qan gölmәçәlәri ilә dolu yolun
mahiyyәtindәn niyә bir az da olsa bizi agah etmir?
Yaranandan bәri müharibәlәr şahidi olmuş bu dәniz
niyә axı sükut içindәdir? Görәsәn, ana torpaq niyә öz
övladlarını ayaq altına atır? Niyә axı canlı-cansız nә
varsa, hamısının – daşın da, hәşәratın da, lap elә ka-
torqaya göndәrilmiş adamın da öz yeri, öz mövqeyi,
öz rolu var, bir mәndәn başqa? – “Suallara cavab ax-
tarmaqdan tәngә gәlmişdi.

Bir sәhәr Cәlim mәhәllәsinә yollandı. Bir neçә gün
әvvәl Samirdәn mәktub almışdı, indi onunla görüşә
gedirdi. Sentyabrın ortası İsgәndәriyyәyә köçәndәn
bәri dostu ilә bir dәfә dә olsun rastlaşmamışdı. İndi
getdiyi “Firdaus” kazinosunda axırıncı dәfә 1951-ci
ilin yayında olmuşdu. Sahildә heç kimә rast gәlmәdi.
Kazino da yarıboş idi – oktyabrın axırlarında hәmişә
belә olurdu.

Vaxt vardı böyük vәzifә sahibi idi, onda tez-tez bu
kazinoya gәlәr, burnunu dik tutub, adamların ehtiram
dolu baxışları altında keçib onun üçün xüsusi ayrılmış,
o vaxtların dost vә düşmәn paşalarını bir-birindәn
ayıran masanın arxasında әylәşәrdi. İki il bundan

107
   102   103   104   105   106   107   108   109   110   111   112