Page 109 - "Bildirçin və payız"
P. 109
Áèëäèð÷èí âÿ ïàéûç

İsa Qahirәdә nә isә yeni bir şey baş verib-vermәdi-
yini, dostunun onların köhnә, sevimli kafelәrinә
gedib-getmәdiyini soruşdu.

– Yeni bir şey yoxdur, – Samir cavab verdi. – O ki
qaldı mәnә, işlәrim pis getmir. Dayımın yanına
düzәlmişәm. O, mebel ticarәti ilә mәşğuldur. Əvvәl-
әvvәl müәyyәn xırda-para işlәrdә ona kömәk edirdim,
indi isә şәrikiyәm, әslinә qalanda bütün haqq-hesab
işlәri mәnim әlimdәn gәlib keçir.

İsa tәzә işә düzәlmәsi münasibәtilә dostunu tәbrik
edib, özünün hal-hazırkı qarışıqlıq dövründә konkret
bir işlә mәşğul olmaq hәvәsindә olmadığını dedi. Sa-
mir isә әtrafına tәәccüblә baxıb dillәndi:

– Sәn bir İsgәndәriyyәyә bax! Qahirәdәn fәrqli
olaraq burda qәribә bir sәssizlik, boşluq hökm sürür.

– O dediyin sәssizlik, boşluq, tәkcә İsgәndәriyyәdә
yox, bütün dünyada hökm sürür. Bayaqdan
qoltuğunda bәrk-bәrk saxladığın nәdir?

Samir kitabı ona uzatdı, üstündә “Quşeyri risalәsi”
yazılmışdı. İsa sual dolu nәzәrlәrlә onu süzdü.

– Mәgәr sufilik haqda heç eşitmәmisәn? – Samir
soruşdu.

– Eşitmәyinә eşitmişәm, amma sәnin әvvәllәr
bununla maraqlandığın yadıma gәlmir, –İsanı gülmәk
tutdu.

– Düz deyirsәn... Amma bilirsәn, bir dәfә Əhmәd
paşa Zәhran adlı bir vaizә qulaq asdım. Dәrin fikirlәri
mәndә müsbәt tәәssürat oyatdı. Sonra mәnә sufizmlә
bağlı bir neçә kitab verdi. Son günlәr elә o kitabları
oxumaqla mәşğulam.

109
   104   105   106   107   108   109   110   111   112   113   114