Page 113 - "Bildirçin və payız"
P. 113
Áèëäèð÷èí âÿ ïàéûç

onu maraqla dinlәyirdi. İsa sözünә davam etdi: – Otu-
rub fikirlәşirәm ki, bәlkә, bir cinayәt zad törәdim.

Samir qәhqәhә çәkdi:
– Al, bu da sәnә sufizm!
– Amma sәnin sufilәrindәn fәrqli olaraq, mәn
özümü deyil, başqalarını öldürәcәyәm.
– Əgәr fikrin qәtidirsә, onda mәslәhәt görәrdim ki,
cinsi cinayәtdәn başlayasan.
Hәr ikisi qәşş elәyib güldü.
– Şükür Allaha ki, hәlә üzümüz gülә bilir, – Samir
dedi.
– Nә qәdәr imkan var, gül, cavan oğlan, gül! Bu
dünya bizdәn öncә dә mövcud idi. Bir gün yuxudan
ayılıb görәcәyik ki, onun daha bizә ehtiyacı qalmayıb,
yәni bizsiz dә o, bundan sonra mövcud ola bilәr. Onda
bizi lazımsız bir әşya kimi vızıldadıb kәnara atacaq,
mәhz onda gülmәyi birdәfәlik tәrgidәcәyik.
Hava qaralmaq üzrә idi. Dәnizdәn xәfif meh әsirdi.
Qonşu masalarda әylәşmiş paşalar da mürgülәyirdi.
– Belәliklә, bu hәyatdakı vәzifәmiz, oynadığımız
rol uğursuzluqla başa çatdı, – qәm-kәdәr içindә
boğulan İsa bu mәnasız söhbәti yekunlaşdırmaq
qәrarına gәldi.
– Hәyat hәr şeyin әksini sübut edәcәk qәdәr uzun-
dur. Bir az sәbirli olmaq lazımdır. Qoy hәlә rә-
qiblәrimiz bir-birinin әtini yesin, sonra baxarıq
vәziyyәtә.
Bir azdan obyektin yunan әsilli sahibi onların
oturduğu masaya yaxınlaşdı, İsaya baxıb gülüm-
sündü, onun kefini-әhvalını, işlәrini soruşdu. Kazino

113
   108   109   110   111   112   113   114   115   116   117   118