Page 115 - "Bildirçin və payız"
P. 115
Áèëäèð÷èí âÿ ïàéûç

siyasәt alәmindәn atılmış bivec birisindәnsә, daha
sәrfәli pәrәstişkarlar lazımdır”.

Musiqi onun kefini açdı. İstәdi durub oynasın. Yeri
gәlmişkәn, pis rәqs elәmirdi. Amma indi özünә
hardan oyundaş tapsın?!. Sevdiyi konyakdan bir qur-
tum aldı, o dәqiqә elә bil gözünә işıq gәldi. Yad
gözlәrdәn uzaq bir küncә sığınıb ciblәrini әllәşdirdi.
Cibindә dә, hesabında da yetәrincә pulu olduğunu
yadına saldı, içinә rahatlıq doldu. Düzdür, axırda başı
cәncәlә düşdü, amma yenә dә ağsaqqallardan
yığdıqları, indi istәdiyi әylәncә ilә mәşğul olmağa
çatardı. Xәstәlikdәn betәr sayılan gәlәcәk barәdә
narahatlıq vә çarәsizlik hissi olmasaydı, nәyә qadir
olduğunu burdakılara göstәrәrdi...

Lakin İsa bu tәklikdәn uzun müddәt zövq ala
bilmәdi. Qәflәtәn tanış olmayan bir sәs onu
xәyallardan ayırdı:

– Nә olub, nә yaman fikrә dalmısan? Dünyanın
problemlәri haqqında düşünürsәn?

İsa әtrafa boylandı, oturduğu vә bir dә bayaqdan
gözlәrini zillәdiyi rәqs zalına diqqәtlә baxdı, amma
sәsin hardan gәldiyini müәyyәn elәyә bilmәdi. Sәs
eşitdiyinә dәqiq әmin idi. Özü dә bu, mәclisin axırına
doğru içib, boş-mәnasız, bir-biri ilә әlaqәsi olmayan
söhbәtlәr edәn içkili birisinin sәsinә bәnzәyirdi.

– Bilmәk istәyirsәn hardayam? – yad adam yenә
danışdı. – Diqqәtlә bax!.. Yaxındayam.

İsanın oturduğu masaya yaxın yerdә, zalın
yarıqaranlıq küncündә, böyük dibçәk qablarına
bәnzәr bir çәllәkdә bitәn ağacın arxasında kiminsә

115
   110   111   112   113   114   115   116   117   118   119   120