Page 117 - "Bildirçin və payız"
P. 117
Áèëäèð÷èí âÿ ïàéûç

İsa qeyri-ixtiyari gülümsündü. Keflәnmә, doğru-
dan, yaxşı şeydir. “Gör bir insanların başına nәlәr
gәldi, onlara nә bәdbәxtliklәr üz verdi, hansı sınaqlarla
qarşılaşmalı oldular, – yenә fikrә daldı. – Hәrdәn
adama elә gәlir ki, yerlә yeksan olan köhnә dünyanın
bütün qalıqları başına tökülür. Ən pisi isә odur ki, yeni
qaydalara ürәyindә nә qәdәr nifrәt etsәn dә, ağlın
onları inkar etmәk gücündә olmur. Nә özün, nә dә
yığıb saxladığın pullar yeni nizamı dәyişmәk
iqtidarında deyil”.

– Dünya mәgәr ilk dәfәdir bu vәziyyәtlә üz-üzә
qalır?! – İsa gözlәnilmәdәn yumruğunu stola çırpıb
soruşdu. – Qismәtdә mәhv olub getmәk varsa, ölümü
gecikdirmәyin nә mәnası?!

– Tәlәsmәk nәyә lazım? – cavabında hәmin adam
dillәndi.

İsa hirsindәn bәrk qәhqәhә çәkib dedi:
– Bu dәqiqә mәnim üçün әn xeyirlisi ölümdür.
Xeyirxahlıq da gәrәk vaxtında edilsin.
Qәmli fikirlәr içkidәn dumanlanmış beynini
çulğamağa başladı. Özü qarışıq, tarixin bütün
qurbanlarına ürәyindә acıdı. Qәdәhin dibindә qalanı
da başına çәkib, masa arxasından qalxdı vә ağır-ağır
qapıya tәrәf addımladı.
İsa Sәad Zağlul küçәsi ilә asta-asta yeriyirdi. O,
ümumiyyәtlә, İsgәndәriyyә küçә vә mәhәllәlәrinә
öyrәşmişdi, xüsusilә dә hal-hazırda gәzişdiyi Sәad
Zağlulu çox sevirdi. Gündә bir dәfә dә olsa, bu küçәni
o baş-bu başa gedib-gәlmәyi xoşlayır, hәmin müddәt-
dә Qahirә ilә bağlı xatirәlәri yada salırdı.

117
   112   113   114   115   116   117   118   119   120   121   122