Page 119 - "Bildirçin və payız"
P. 119
Áèëäèð÷èí âÿ ïàéûç

olmayan hansısa gizli qüvvә onu maqni әk bu isti-
qamәtә çәkirdi.

Bir qaraltı ona sarı gәlirdi. Namәlum adam iri küçә
fәnәrlәrinin işıq saldığı yerә gәlib çatdı. İndi onun üz
cizgilәri aydın sezilirdi. Bu, “gecә quşları”ndan biri
idi. Ona ötәri nәzәr salmaq yetәrdi, fahişә olduğu o
dәqiqә hiss olunurdu. Yәqin ki, “müştәri” axtarırdı.
Əynindәki ucuz kastor yupkası, özündәnrazı
görkәmiylә gecәnin bu alәmindә tәk-tәnha dolaşdığı
vaxt yad bir kişi ilә üz-üzә gәlmәkdәn zәrrә qәdәr
utanıb çәkinmәmәsi, gözlәrindә qorxudan әsәr-әlamәt
görünmәmәsi – bütün bunlar onun hansı “sәnәt”in
sahibi olduğundan xәbәr verirdi.

İsa onu diqqәtlә süzdü. “Yaşlı görünsә dә, sir-
sifәtdәn, bәdәndәn pis deyil, canı sulu qalıb”, – deyә
öz-özünә fikirlәşdi. Lakin qadının hәyasızlıq yağan
gözlәri onu daha çox yiyәsiz itlәrә bәnzәdirdi. O itlәrә
ki, bircә işarә ilә kimin istәsәn, arxasınca düşüb
getmәyә hazırdı. Fahişә yolun kәnarında sıra ilә
düzülmüş daş skamyalarla sәkinin arasındakı dar
yolla burcuda-burcuda gәlib әn yaxın skamyada
әylәşdi vә gözlәrini düz onun gözlәrinin içinә zillәdi.

“Allahın bәdbәxt varlığı! –İsa yenә düşündü. –
Amma bu da qәnimәtdir, çünki ilin-günün bu vaxtı,
özü dә çimәrlik mövsümü olmayan ayda İsgәndәriyyә
qapıları әcnәbilәr üçün demәk olar, bağlı olur”.

İsa qadının bu baxışından bir az diksinәn kimi
oldu, lakin tez dә içindә ona qarşı istәk yarandı. Yәni
bu, o demәk idi ki, vaxtilә nazir postuna namizәd olan
keçmiş dәftәrxana müdirindәn onda әsәr-әlamәt

119
   114   115   116   117   118   119   120   121   122   123   124