Page 111 - "Bildirçin və payız"
P. 111
Áèëäèð÷èí âÿ ïàéûç

Üzünü Samirә sarı çevirib soruşdu:
– Sufilәr “әgәr filan şey filan cürә olsaydı”
cümlәsinә necә izahat verirlәr? – Lakin gördü ki, Samir
onun nә demәk istәdiyini doğru-düzgün başa düş-
mәdi, özü izah vermәyә tәlәsdi. – Yerinә özüm cavab
verәrәm. Bu cümlәnin mahiyyәti bundan ibarәtdir:
insan şübhәlәr içindә o qәdәr qıvrılır ki, axırı hәr
yerdәn ümidi kәsilir vә qismәtdә yazılanları dәyişmәk
üçün axmaq-axmaq fikirlәrә düşür.
– Axı mәntiqi bir kәnara qoyub, hisslәri ilә hәrәkәt
edәn insan Allahın yazdığı qismәtә qarşı çıxır, – yenә
öz alәmindә olan Samirә İsa artıq qulaq asmırdı.
Sәlva barәdә fikirlәr onu rahat buraxmırdı. Beynindә
onun qüsurlarını özü üçün sadalayır, bәzәn bunlara
görә ona nifrәt edirdi. Əlbә ә, Sәlva onun ideal qadın
obrazına qәtiyyәn uyğun deyildi. Ancaq neylәmәk
olardı, “sevginin gözü kor olur” deyirlәr. Ölüm, qismәt,
xoşbәxtlik kimi sevgini dә ağıl dәrk etmәkdә acizdir.
Gör bir Sәlva öz davranışında tәbii fәlakәtә –
gözlәnilmәdәn, xәbәrdarlıq etmәdәn baş verәn tәbii
fәlakәtә necә oxşayır! “Əvvәl-axır qadına ehtiyacım ola-
caq, – öz-özünә dedi. – Elә bir qadına ki, dar gündә dә,
şad gündә dә yanımdan ayrılmayacaq, sevincimi,
kәdәrimi eyni tәrzdә bölüşәcәk. Onun da, yәqin ki,
sufizmlә yaxından-uzaqdan bir bağlılığı olmayacaq”.
Yarımçıq qalan söhbәtә qayıtdı vә dostundan
soruşdu:
– Deyәk ki, hәyat üzümüzә tәzәdәn güldü vә bizi
nazirliyә işlәmәyә çağırdılar. Bәs bu sufiliyi neylәyә-
cәksәn?

111
   106   107   108   109   110   111   112   113   114   115   116