Page 9 - "Bildirçin və payız"
P. 9
anları nәşr olunur. Adıçәkilәn romanlarda hadisәlәr
II Dünya müharibәsi dövrünә vә ya ondan әvvәlki illәrә
tәsadüf edir.

“Əl-Middaq dalanı” romanında yazıçı müharibәnin
insanların hәyatını necә iflic etdiyini, onsuz da ağır
şәraiti olan kasıblara әlavә çәtinliklәr gәtirdiyini,
onların var-yoxdan çıxmasını vә әksinә, acgöz
alverçilәrin, müharibәnin daha çox uzanmasını istәyәn
möhtәkirlәrin zәnginlәşmәsini göstәrir.

“Başlanğıc vә son” romanında başsız qalmış xırda
mәmur ailәsinin acı taleyindәn bәhs edilir. Bu romanda
toxunulan sosial mövzuların әhatә dairәsi “әl-Middaq
dalanı” romanı ilә müqayisәdә daha genişdir: ailә
faciәsi Misir krallığının ictimai-siyasi hәyatı fonunda
baş verir. “Başlanğıc vә son”, müәllifin sosial bәrabәr-
sizliyә vә bürokratik sistemә, nifrәt dolu etirazıdır.

Qahirә silsilәsindәn olan romanlar tәkcә Misirdә
deyil, digәr әrәb ölkәlәrindә dә oxucu vә tәnqidçilәr
tәrәfindәn müsbәt qarşılandı. Lakin yazıçıya әsl şöhrәti
gәtirәn 50-ci illәrin ikinci yarısında nәşr olunmuş
irihәcmli trilogiya1 oldu. İki dünya müharibәsi
arasındakı dövrdә xırda vә orta Misir burjuaziyasının
hәyatından bәhs edәn vә әrәb әdәbiyyatında bәnzәrsiz
bir yaradıcılıq nümunәsi olan bu trilogiya Mәhfuz
yaradıcılığının әn böyük zirvәsi sayılır.

Trilogiyanın mәrkәzindә A.N.Ostrovski pyeslәrinin
qәhrәmanlarını xatırladan varlı Qahirә taciri Abdul-
Cavadın üç nәslinin tәqribәn 30 illik (1917-1944) taleyi,
insan xarakterlәrinin necә dәyişdiyi, inkişaf etdiyi

1 “Beynəl-Qasreyn”, “Qasruş-Şauq” və “əs-Sukkəriyyə” – Bu romanların adı Köh-
nə Misirdə əl-Cəmaliyyə rayonunda küçə və dalan adlarından götürülmüşdür. (tərc.)

9
   4   5   6   7   8   9   10   11   12   13   14