Page 5 - "Bildirçin və payız"
P. 5
Nәcib Mәhfuz
vә tarixi hәqiqәtlәrә sәdaqәt

Ərәb ölkәlәrindә Nәcib Mәhfuzun roman-
larını oxumayan, әsәrlәri әsasında çәkilәn
filmlәrә baxmayan orta tәhsilli misirli,
sudanlı, suriyalı, yaxud iraqlıya tәsadüf etmәk, demәk
olar ki, mümkün deyil. Artıq uzun illәrdir, Mәhfuz
yaradıcılığı әrәb әdәbi tәnqidinin diqqәtini özünә cәlb
edir.
Nәcib Mәhfuz Əbdülәziz 1911-ci ilin 11 dekabrında
Qahirәnin әl-Cәmaliyyә rayonunda xırda mәmur ailә-
sindә anadan olub.
O, gәnclik illәrini hәyatının әn xoşbәxt, qayğısız
anları kimi xatırlayır. Dostları ilә tez-tez Köhnә
Qahirәyә, müәllimlәrinә mәxsus kiçik mağazaya baş
çәkәr, boş vaxtlarını tünd-qara çay içib, müxtәlif
mövzular әtrafında müzakirәlәr aparmaqla keçirәrdilәr.
Mәhz hәmin dövrdәn Mәhfuz paytaxtın qәdim
mәhәllәlәrini sevmәyә başladı, sonradan bu yerlәr
onun Qahirә silsilәsindәn olan romanlarında cәrәyan
edәn hadisәlәrin mәrkәzindә qәrar tutdu.
“Mәnә elә gәlir ki, yazıçının müәyyәn bir yer,
müәyyәn bir әşya ilә bağlılığı olmalıdır. Mәhz belә ol-
duqda hәmin yer, hәmin әşya ona hisslәrini ifadә et-
mәkdә, yaradıcılıqda daha da irәliyә getmәkdә istinad
nöqtәsinә çevrilir”, – deyә Mәhfuz qeyd edirdi.
Hәlә orta mәktәbdә oxuyarkәn Mәhfuz әdәbiyyat
sahәsindә öz gücünü sınamaq qәrarına gәlir. O, detektiv
janrında novellalar yazır, kiçik hәcmli әsәrlәrindә 20-ci

5
   1   2   3   4   5   6   7   8   9   10