Page 7 - "Bildirçin və payız"
P. 7
iyi vәtәnpәrvәr qüvvәlәr ölkәnin hәqiqi müstәqilliyi
uğrunda mübarizәlәrini davam etdirirdilәr.

Əksәr hәmyaşıdları kimi, gәnc Mәhfuz da yadellilәr
әleyhinә nümayişlәrdә fәal iştirak edir, “Vәfd”
partiyasını vә ona rәhbәrlik edәn Sәad Zağlulu
dәstәklәyirdi. İllәr sonra qeyd olunan hadisәlәri o,
“Beynәl-Qasreyn” romanında әks etdirdi.

On sәkkiz yaşında Mәhfuz Qahirә Universitetinin
Fәlsәfә fakültәsinә qәbul olur. 1934-cü ildә oranı
fәrqlәnmә ilә bitirib, estetika sahәsindә dissertasiya
yazmağa başlayır. Lakin bir müddәtdәn sonra fәlsәfәni
bir kәnara atır, yazıçılıq sәnәtini seçir.

30-cu illәrdә “әr-Rıvayә” başda olmaqla, bir sıra
Qahirә jurnallarında Mәhfuzun ilk hekayәlәri nәşr olu-
nur. Daha çox sosial mövzulara müraciәt edәn gәnc
yazıçının Yәhya Haqqı vә Mahmud Teymurdan
bәhrәlәndiyi o dәqiqә hiss olunurdu. Lakin hәmvәtәn-
lәrindәn fәrqli olaraq, o, Qahirә yoxsullarının hәyatına
biganә qala bilmir vә onu bütün çılpaqlığı ilә әks
etdirir: “Aclıq” vә bu qәbildәn olan başqa hekayәlәrindә
varlı kapitalistlәrin bayram әhvali-ruhiyyәsindә keçәn
tox günlәri ilә mәhrumiyyәt vә iztirablarla dolu kasıb
fәhlә hәyatı arasındakı biabırçı ziddiyyәti ürәk ağrısı
ilә oxucuya çatdırır. 1938-ci ildә ilk hekayәlәr toplusu
– “Dәliliyin pıçıltısı” çapdan çıxır.

Hәmin illәr misirli ziyalılar arasında qәdim Misir
tarixi ilә maraqlanmağa üstünlük verәnlәrin sayı çoxluq
tәşkil edirdi. Şanlı keçmişi tәsvir etmәklә, yazıçılar
xalqın milli qürur hissini oyatmağa çalışır, ölkәnin
yarımmüstәmlәkә vәziyyәtindәn qurtulmasına çağı-

7
   2   3   4   5   6   7   8   9   10   11   12