Page 11 - "Bildirçin və payız"
P. 11
adıcılığındakı yeni ideya axtarışları ilә fәrqlәnir.
Yazıçı özü yeni baxışlarını “sufi sosialist” baxışlar
adlandırırdı. “Mәhәllәmizin uşaqları” alleqorik әsәrdir.
Hadisәlәr müasir dövrdә şәrti bir yerdә cәrәyan etsә
dә, “mәhәllә” әslindә bütün dünyanı, “uşaqlar” isә
bütün bәşәriyyәti tәmsil edirdi. Romanın süjetini
sәmavi dinlәrin müqәddәs kitablarının tәfsiri tәşkil
edir, qәhrәmanların tәsviri zamanı isә Musa, İsa vә
Mәhәmmәd peyğәmbәr nәzәrindә canlanır.
Əsәrә qarşı reaksiya birmәnalı olmadı – yazıçının
realist istedadına heyran olanlar sosializm vә elm
aşiqi Mәhfuzun dini mövzuya müraciәt etmәsini
tәәccüblә qarşıladılar. Digәr tәrәfdәn, islam dәyәrlәrini
qoruyub saxlamağı özünün әn ümdә vәzifәsi sayan
“әl-Əzhәr” universitetinә yaxın dairәlәr Mәhfuzu küfr
vә allahsızlıqda i iham edib, mәhkәmәyә verilmәsini
tәlәb etdilәr.
Alleqoriya vә simvollara meyillilik Mәhfuzun
sonrakı әsәrlәrindә, xüsusilә dә 60-cı illәrin әvvәllәrindә
qәlәmә aldığı (“Allahın dünyası” vә “Pis adlı ev”
kimi) hekayә mәcmuәlәrindә hiss olunur.
1961-1967-ci illәr arasında Nәcib Mәhfuzun 6 romanı
– “Oğru vә itlәr”, “Yol”, “Nil üzәrindә laqqırtı”, “Di-
lәnçi”, “Miramar” vә “Bildirçin vә payız” nәşr olunur.
O, bu әsәrlәrdә yenidәn “müasir Misir” mövzusuna
müraciәt edәrәk, aktual xarakter daşıyan ictimai-siyasi
vә sosial problemlәrә, hәmçinin Misir cәmiyyәtinin
inqilabdan sonra üzlәşdiyi çәtinliklәrә diqqәt yetirir.
Trilogiyadan fәrqli olaraq, irrasionalizm vә mistika
elementlәrini özündә ehtiva edәn dәrin psixologizm
11