Page 441 - "Bildirçin və payız"
P. 441
Ùåêàéÿëÿð

– Gәlin, sәmimi olaq! Niyyәtiniz nәdir? Bәlkә,
ailәsini dağıdıb, ona әrә getmәk istәyirsiniz?

– Heç nә dağıtmaq fikrim yoxdur, – gülәrәk cavab
verdi.

– Nәdi, yoxsa platonik sevgidir?
Çiyinlәrini çәkdi.
– Efirә çıxmağın әn qısa yolu?
– O qәdәr dә hәyasız deyilәm.
– Bәs onda nә?
– Siz sözünüzün üstündә durmalısınız.
Elә bu an beyninә bir fikir gәldi.
– Mәqalәm üçün mövzu verdiniz, – deyә qışqırdı.
– Nә mövzusudu elә?
– Azad sevgi: dünәn vә bu gün, – bir az
fikirlәşdikdәn sonra cavab verdi.
– Bәlkә, bir az aydınlaşdırasınız?
– Belә bir tezis irәli sürәk, – ciddi tonla sözünә
davam etdi. – Əvvәllәr qızın ayağı sürüşsәydi, onu
ayağısürüşkәn kimi tanıyardılar. İndi isә bunu
sivilizasiyanın yaratdığı tәşviş, yaxud fәlsәfi narahatlıq
kimi xarakterizә edirlәr.
– Özünüz tәrәqqidәn dәm vurursunuz, amma
fikirlәriniz Nuh әyyamına aiddir, – qız yenә özündәn
çıxmaq üzrәydi.
– Valideynlәri daş dövründә yaşamış birisindәn,
bundan artıq nә gözlәyәsәn?!
– Mәndә özünüz kimi sadә birisini görә bilmәzsiniz?
– Yәni sizә baxanda özümü görüm deyirsiniz? Bu,
lap narsizm oldu ki!
– Görürsünüz? Siz gülürsünüz, atam da qışqır-
bağır salır...

441
   436   437   438   439   440   441   442   443   444   445   446