Page 445 - "Bildirçin və payız"
P. 445
Ùåêàéÿëÿð

әzәlәlәrini sıxan bu adam çayın dayaz yerindә ağır-
ağır addımlayırdı. Bütün sәylәrinә baxmayaraq, qayıq
yerindәn tәrpәnmir, suyun üzәrindә lövbәr atmıştәk
dayanmışdı, ya da hәrәkәt edirdisә dә, sürәti
tısbağanınkından fәrqli deyildi. Göyәrtәdә әmmamәli
yaşlı bir kişi yedәkçinin ağır әmәyini hüsni-tәvәccöhlә
izlәyirdi. Yedәkçi hәr dәfә nәfәsini dәrmәk üçün
yerindә donub qalanda qoca ona “Hә, bir az da!” –
deyә qışqırır, o da bәrkdәn “hı...” edәrdi.

Hәmsöhbәtlәrin üzlәrindә kәdәr vә әsәbin әksi
göründü, lakin ağızlarını açıb bir kәlmә dә olsun
demәdilәr. Yedәkçi isә ağlasığmaz güc sәrf elәyәrәk
addımbaaddım onlara yaxınlaşırdı. Bu, iyirmi yaşında,
qaradәrili, başı daz qırxılmış, kobud üz cizgilәrinә
sahib bir gәnc idi; gözlәri gәrginlikdәn az qalırdı
hәdәqәsindәn çıxsın, burun deşiklәri böyümüşdü.
Əynindә köhnә, gündәn bozarmış cәlәbiyyәsi vardı,
paltarın altından damarları çıxan yalın ayaqları
görünürdü. Nәhayәt, restoranla bәrabәrlәşәndә sakit
havada ağır tәr vә çayın lil qoxusu yayıldı. Ədhәmlә
Nadirә ikisi dә üz-gözünü turşutdu vә qız tez әtirli
dәsmalını çıxarıb, burnuna tutdu. Onlar gözlәri ilә
yedәkçinin beli bükülmüş siluetini yola salıb, yenә
tәәssüflә bir-birinә baxdılar, daha sonra gülәrәk adama
bir siqaret yandırdılar.

445
   440   441   442   443   444   445   446   447   448