Page 443 - "Bildirçin və payız"
P. 443
Ùåêàéÿëÿð

düşdü, o saat da canında adamı süstlәşdirәn istilik vә
rütubәt hiss etdi.

– Siz dәbli paltar geyinmiş irticaçısınız, – qız
zarafatla dedi.

– Yox әşi! Siz heç özünüz dә öz dediyinizә
inanmırsınız. Amma cazibәdarsınız vә zarafatlarınız
da adamın ürәyinә yatır. Görüşü redaksiyada tәşkil
elәyәcәyәm. Üçüncü gün axşam saat doqquzda guya
tәsadüfәn ora baş çәkәrsiniz.

– Çox sağ olun.
– Mәn axı sizә borcluyam: siz mәnә gәlәn mәqalәmin
mövzusunda kömәklik göstәrdiniz.
– Görüm dә, siz bu kömәkdәn necә istifadә
elәyәcәksiz.
– Yazı zamanı mәn başqa bir insana çevrilirәm.
– Demәk istәyirsiniz, oxucularınızın fikri sizin üçün
o qәdәr önәmli olur ki, axırda öz “mәn”inizi dә un-
udursunuz?
– Ola bilәr. Düzünü desәk, mәnim әn yaxşı “mәn”im
dә hәlә özünü ifadә etmә qabiliyyәtinә sahib deyil.
Nadirә Ədhәmin onun bloknotuna baxdığını gördü
vә çantasını sakitcә boş stula qoydu. Ədhәm isә yenә
baxışlarını tәk-tәnha malikanәyә yönәltdi; malikanәnin
bağçaya baxan verandası xoşuna gәlirdi, ancaq әn çox
ikinci mәrtәbәnin iki sütun üzәrindә dayanmış eyvanı
ona lәzzәt elәyirdi. Aylı gecәlәrdә orda oturmaq vә
işgüzar görüşlәr, yorucu şәrtiliklәr haqqında
düşünmәmәk nә yaxşı olardı... Ya da ki, yaxta alıb
dәnizlәrdә üzmәk, yeni insanlarla, yeni-yeni ölkәlәrlә
tanış olmaq mümkündür... Tәbii ki, arvadı Qahirәdә

443
   438   439   440   441   442   443   444   445   446   447   448