Page 427 - "Bildirçin və payız"
P. 427
Ùåêàéÿëÿð

– Yatmısan? – Bәrәkәt astadan soruşdu.
– Sәhәrә kimi oyaq qalıram, – gözlәrini açmadan
cavab verdi.
Onda o, banan soyub, qadının şişkin dodaqlarına
yaxınlaşdırdı. Qadın yataqdan qalxdı vә hәr ikisi
meyvәlәrdәn dadmağa başladı.
– Kafe sahibi sәnin sabah yox, birisigün yola
düşәcәyini deyirdi. Doğru xәbәrdir? – o maraqlandı.
– Adın nәdir?
Gülmәmәyә çalışıb – doğru-düzgün tanış olmadan
yatağa girdiklәri yadına düşmüşdü – adını dedi vә
mәmur olduğunu, indi isә işi ilә әlaqәdar Əsyuta
gedәcәyini bildirdi.
Qadın ovcunun içini banan qabığı ilә silib dedi:
– Mәnimsә adım Dünyadır.
“Qәribә vә eyni zamanda qәşәng addır, – düşündü.
– Əslindә, bu ad da bizim bu yaxınlığımız kimi
sünidir”.
Dünya keçmişini nәql elәmәyә başladı, Bәrәkәt isә,
yavaş-yavaş onu çulğayan kәdәrin tәsiri altına
düşdüyünü hiss elәyirdi. “Köhnә әhvalatdır. Yenә
eyni şeylәr, tәzә heç nә yoxdur”. Romantikanın adından
әsәr-әlamәt qalmamışdı vә onun indi kafedә qalanlara
da paxıllığı tuturdu.
Qadın mәnzil vә mebellә maraqlandı. Bәrәkәt
mәnzili içindәki әşyalarla birgә artıq satmışdı vә
birisigün bura onun yeni sahibi köçәcәkdi. Birisigün...
Amma burda indidәn boşluq hiss olunurdu. Bircә
bananın әtri qalmışdı, bir dә adamı sıxan kәdәr hissi
çәkilmәk bilmirdi.

427
   422   423   424   425   426   427   428   429   430   431   432