Page 423 - "Bildirçin və payız"
P. 423
Ùåêàéÿëÿð
Görünür, söhbәt onların ikisini dә yorub әldәn
salmışdı, mәcbur qalıb susdular. Hәr biri öz acısını
tәklikdә çәkmәyә üstünlük verdi. Saqr saatına baxıb,
kofe sifariş elәdi – xәstәxananı tәrk elәyәndәn, dördüncü
fincan idi ki, içirdi. Sonra cibindәki siqaret qutusundan
bir dәnә çıxarıb damağına qoydu – bu da sәhәrdәn
sayca onuncuydu. Günün sonunadәk onu nә gözlәdiyini
düşünmәyә başladı. Daha dostuyla danışmaq istәmirdi.
Heç dostunun da söhbәtә meyili yoxuydu. Aralarında
sanki böyük bir sәdd ucalmışdı.
– Bundan sonra adamları necә güldürәcәyim barәdә
fikirlәşmәk belә mәnә çәtin gәlir, – Saqr öz-özüylә
danışırmış kimi sükutu pozdu.
– Axı buna görә sәnә yaxşı pul verirlәr, – Heydәr
soyuq tәrzdә cavab verdi.
Saqrın vacib saymasına baxmayaraq, onlar bu
mәsәlәni müzakirә etmәmәyә üstünlük verdilәr. Saqr
saatına baxdı vә günün sonunadәk onu nә gözlәdiyini
yenә öz-özündәn soruşdu. Gözlәrini yumdu, hiss elәdi
ki, yavaş-yavaş sakitlәşir. Bircә çöldәn gәlәn sәs-küy,
qışqırıq ona fikrini cәmlәmәyә mane olur, qıcıq yaradırdı
– әvvәllәr belә şeylәrә әhәmiyyәt vermәzdi. İndi bir
tәk istәyi vardı: kaş heç nә eşitmәyәydi, kaş әtrafında
nә varsa, hamısı sәssizliyә qәrq olardı...
423