Page 421 - "Bildirçin və payız"
P. 421
Ùåêàéÿëÿð

Saqr “Günәş” kafesinә yollandı. Dostları hәr axşam
olduğu kimi, yenә bura yığışmışdı. O, şikayәtlәri ilә
heç kimin zәhlәsini tökmәk istәmәdi, ona görә dә,
mәğzinә elә dә әhәmiyyәt vermәsә dә, ümumi söhbәtә
qoşulmaq qәrarına gәldi. Hәrdәnbir günün bu vaxtı
kafeni lәrzәyә salan dostlarının laqqırtılarına da eyni
tәrzdә cavab verirdi. Tәxminәn bir saatdan sonra
dostlar qalxıb, nahar elәmәk üçün “әl-Muqa am”
restoranına getmәyә hazırlaşarkәn, o, üzrxahlıq elәyib,
gedә bilmәyәcәyini dedi. Hamısı getdi, bir o qaldı, bir
dә köhnә dostu vә teatrdan olan hәmkarı Heydәr әd-
Dramlyalı. Əvvәl suflyor olan dostu indi kino
şirkәtlәrindәn birindә filmlәr direktoru idi. Saqr
Heydәrin nәyә görә başqaları ilә getmәdiyini bilmirdi.
Bunu düşünmәyә macal da tapmadı. Heydәr özü
ürәyini açdı:

– Qan analizinin nәticәlәri gәlib çıxıb. Vәziyyәt
pisdir.

Saqrın yadına düşdü ki, bir müddәt әvvәl studiyada
olanda Heydәr ona ilk simptomları iyirmi gün әvvәl
üzә çıxan xәstәlikdәn әziyyәt çәkdiyini demişdi.

– Sәn canın, bağışla! Lap yadımdan çıxdı soruşum,
özünü necә hiss elәyirsәn? Əziz dostlarımız o qәdәr
hay-küy saldı ki, başım lap şişdi. Üstәlik öz dәrdim
dә balaca deyil.

Heydәr qan analizi barәdә söhbәtini bir müddәtlik
tәxirә salmalı oldu.

– Nә isә bir bәdbәxt hadisә-filan baş vermәyib?
Saqr arvadının vәziyyәtini nәql elәdi, ona diqqәtlә
qulaq asan dostu tәsәlli verdi:

421
   416   417   418   419   420   421   422   423   424   425   426