Page 417 - "Bildirçin və payız"
P. 417
Ùåêàéÿëÿð
– Yox e-e.
– Onda, demәli, heç bir problem yoxdur. Qızım
Əzizә dünyaya gәlәndә, mәnә dә qeysәriyyә
әmәliyyatına getmәk zәruri olduğu bildirilmişdi.
Deyim, nәyә görә? Doğuşun vaxtı nәzәrdә
tutulduğundan da çox çәkmişdi, mamaça da hәkimә
müraciәt etdi, o da öz növbәsindә arvadımı әmәliyyat
elәtdirmәk üçün tәcili xәstәxanaya yerlәşdirilmәsini
mәslәhәt gördü. Ancaq evdәn bir metr aralanmamış
mәsәlә hәllini tapdı – uşaq doğulmuşdu. – Saqr hiddәt
dolu nәzәrlәrlә ona baxır, Cәmilsә heç nә olmamış
kimi yerfındığını xırıdlamaqda davam edir vә bütün
görkәmi ilә bu hәrәkәtindәn inanılmaz zövq aldığını
nümayiş etdirirdi. Dostu yenә yaddaşındakı xatirәlәri
qurdalamağa başladı: – Amma әsl çәtinlik bacım qızı
Süsәn doğulanda oldu. – Saqr keçirdiyi әzabları
müvәqqәti dә olsa, unutmaq üçün gözünü döşәmәdәn
çәkmirdi. Onun halından bixәbәr olan Cәmilsә ara
vermir, birnәfәsә danışırdı: – Ürәyi zәifiydi. Hәkimlәr
yekdilliklә әmәliyyata qәrar verdilәr. Lakin başlamaq
üçün әrindәn yazılı şәkildә razılıq almalı oldular.
Axırda da qızın qarnını kәsib-doğradılar.
– Necә yәni kәsib-doğradılar?
– Qız indi turp kimidir, – Cәmili gülmәk tutdu.
Saqrın beynindә bir anlıq sәhnәlәr canlandı, ona
elә gәldi ki, söhbәt başqa bir doğuş әmәliyyatından
gedir. Tez telefona yaxınlaşıb, dәstәyi götürdü vә
arvadının vәziyyәti ilә maraqlananda onun halının
yaxşı olması vә rahat yatması xәbәrini aldıqdan sonra
canını dişinә tutub yerinә qayıtdı.
417