Page 41 - "Bildirçin və payız"
P. 41
Áèëäèð÷èí âÿ ïàéûç

munun dediklәri onu dәrin hüznә qәrq etdi. Axırıncı
sözlәr onun dәrdini tәzәlәdi. Dünya barәdә tәsәvvür-
lәri alt-üst olmaq üzrә idi. İnandığı vә bütün ömrü
boyu uğrunda mübarizә apardığı dәyәrlәr gözlәri
önündә mәhv olub gedirdi.

Hәsәnsә öz növbәsindә söhbәtin mövzusunu dәyi-
şib yanğının fәsadlarından, dәyәn zәrәrin miqdarının
hesablanmasından, ingilislәrin bu mәsәlәdә tutduqları
mövqedәn vә davam edәn kütlәvi hәbslәrdәn söz
saldı. Bir az keçәn kimi yenә köhnә mövzuya qayıtdı:

– Elә bir yer göstәr ki, korrupsiyaya bulaşmayıb.
“Adam nә qәdәr bәdgüman olar! Dediyi hәr söz
ümidsizlik yaradır”, – İsa öz-özünә fikirlәşdi.
Birdәn hardansa yadına bir әhvalat düşdü. Demәli,
uşaq vaxtı atası ilә hәmin bu Əli bәy Süleymangilә
qonaq getmişdi. Elә oldu ki, qonaq otağında tәk qaldı.
Fürsәtdәn istifadә elәyib yarıaçıq siyirtmә şkafın
gözündәn görünәn şokolad plitkasını çırpışdırdı.
Üstündәn iyirmi beş il keçmәsinә baxmayaraq, bu
xoşagәlmәz hadisә İsanın beynindәn heç cürә çıxmır-
dı. Lәnәtә gәlmiş Hәsәnsә elә bir tәrәfdәn döşәyirdi.
– Başa düşә bilmirәm, sizә nә lazımdır? – İsa
yorğun halda soruşdu.
– Tәzә qan.
– Hardan tapaq sizә o qanı?
Hәsәn ağappaq muncuq kimi düzülmüş dişlәrini
göstәrәrәk güldü:
– Ölkә әhalisi hәlә tamamilә qırılıb qurtarmayıb.
– Demirsәn, bizim partiya belә-elә?! Ölkәdә başqa
etibar olunası qüvvә var? Göstәrә bilәrsәn? – İsa әsәbi
halda soruşdu.

41
   36   37   38   39   40   41   42   43   44   45   46