Page 39 - "Bildirçin və payız"
P. 39
Áèëäèð÷èí âÿ ïàéûç

– Biz o partiyanın üzvlәriyik ki, lazım gәlәndә
mübarizә aparırıq, lazım gәlәndә hәbsxanada yatırıq,
lazım gәlәndә dә günün acı hәqiqәtlәrini adi
qarşılayıb bizә ünvanlanan tәhqirlәrә dözürük.

Hәsәn çayı yavaş-yavaş qurtumlayaraq İsanı
mübahisәyә çәkmәk üçün gülә-gülә dedi:

– Sizinkilәrin bәzilәri, doğrudan da, hәbsxanada
çürüyürlәr, bәzilәri dә, özün qeyd elәdiyin kimi,
tәhqirlәrә mәruz qalırlar. Yerdә qalan kiçik faiz dә
alıb-satmaqla mәşğuldur.

İsa yaxşı bilirdi ki, Hәsәn “yerdә qalan kiçik faiz”
dedikdә, kimlәri nәzәrdә tutur. Ona görә dә, özünü
artıq döyüşә tam hazır vәziyyәtә gәtirmişdi. Hәmin
vaxt anası mәğrib namazını qılmaq üçün otaqdan
çıxmışdı.

– Danışanda sözlәrinә fikir ver, – İsa barmağını
silkәlәyәrәk Hәsәni hәdәlәdi, – yaxşı bilirsәn ki,
sadaladığın kәslәrin mәnim ürәyimdә yeri ayrıdır.

Hәsәni gülmәk tutdu.
– Ətrafda nә varsa, hamısı sürәtlә dağılmaq
üzrәdir. Yaxşı olar ki, bizim dә bunda “payımız”
olsun. Köhnә nә varsa, hamısını kökündәn silib atmaq
lazımdır.
– Paah!! Yaxşı görәk! Bәs milli mәsәlәlәri siz hәll
elәyәcәksiniz? – İsa istehza ilә soruşdu.
– Yoxsa elә bilirsәn sәnin o çәrәnçi senatların bu
mәsәlәlәri yoluna qoyacaq?
– Onları düzgün qiymәtlәndirmәk üçün
qabiliyyәtin çatmaz.
– Dabbaqda gönlәrinә bәlәdәm.

39
   34   35   36   37   38   39   40   41   42   43   44