Page 43 - "Bildirçin və payız"
P. 43
Áèëäèð÷èí âÿ ïàéûç
dikib”, – deyә düşündü. Hәsәn isә suala gülәrәk cavab
verdi:
– O qәdәr gözlәnilmәz hadisә baş verir ki, heç baş
qaşımağa vaxt olmur.
– Bәs ananı nә vaxt görmәk bizә nәsib olacaq?
– Neylәmәk olar?! Çox uzaqda yaşayırsınız. Amma
arxayın olun, mütlәq gәlәcәk.
Qalxıb getmәyә hazırlaşanda İsadan soruşdu:
– Axşam harasa getmәyi planlaşdırmırsan?
– Kluba gedәcәyәm. Nә olub ki? – İsa meydan
oxuyurcasına cavab verdi.
– Yaxşı. Onda Allah amanında! Hәlәlik! – deyәrәk
qapıya tәrәf addımladı.
4
Çoxdan gözlәnilәn nişan günü gәlib çatdı. Mәrasim
Əli bәy Süleymanın Heliopolisdәki qәsrindә baş
tutdu. Hәqiqәtәn dә, yadda qalası bir gün idi. Burda
müsәlman adәt-әnәnәlәrinә elә dә ciddi riayәt olun-
murdu: ev әnәnәvi olaraq iki hissәyә – kişi vә
qadınların ayrı oturduğu yerlәrә bölünmürdü.
Qonaqlar ümumi girişi olan, bir-birinә bitişik, xü-
susi zövq vә dәbdәbә ilә bәzәdilmiş iki böyük zalda
oturmuşdular. İsanın anası vә onun qaynı arvadı
qırmızı zaldakı qonaqlar arasında idi. İkinci, yәni yaşıl
zalda isә qohum-әqrәba, tanış-bilişlәrlә yanaşı, İsanın
yaxın dostları – Samir Abdul-Baqi, Abbas Sadiq vә
İbrahim Xeyrat әylәşmişdilәr. Əmisi oğlu Hәsәn dә
onların yanında idi.
43