Page 45 - "Bildirçin və payız"
P. 45
Áèëäèð÷èí âÿ ïàéûç

dostlarını mübahisәyә cәlb etmәyә çalışırdı. İsa ona
dәvәtnamә göndәrsә dә, mәclisә gәlәcәyinә inan-
mırdı. Ehtimalların әksinә olaraq, Hәsәn tәşrif buyur-
du. İndi İsa arabir altdan-altdan ona göz qoyurdu.
Əmisi oğluna qarşı heyranlığını gizlәdә bilmirdi.
“Doğrudan, necә adamdır e-e! – deyә öz-özünә
fikirlәşdi. – İstәsә, lap zamanın özünә meydan oxu-
yar”. Lakin müşahidәsini dayandırmalı oldu, çünki
qonaqların ardı-arası kәsilmirdi.

İsa hәyatının әn önәmli günündә partiya
tәrәfdaşlarına qarşı xüsusi diqqәt yetirmәyә, onlarla
daha çox maraqlanmağa çalışırdı. Böyük zalda atmos-
fer bir qәdәr gәrgin idi: partiya üzvlәri vә saray
mәmurları arasında bir-birini tanıyanlar, köhnә dost-
lar olsa da, әksәriyyәt ilk dәfә idi ki, görüşürdü.

Əli bәy Süleyman ev sahibi qismindә öz rolunu әn
yüksәk sәviyyәdә ifa edirdi. O, qonaqları gülәrüzlә
salamlayır, saray mәmurları arasında әn nüfuzlu vә
sözükeçәn adam olmasına baxmayaraq, ayrı-seçkilik
elәmәdәn hamıya eyni münasibәti göstәrirdi.
Karyerasına adi bir vәkil kimi başlasa da, sonradan
saray dairәlәrinin diqqәt mәrkәzinә düşdü vә mәsul
bir vәzifәyә namizәdliyi irәli sürüldü. Hansısa konkret
siyasi әqidәyә qulluq etmirdi, kimin tәrәfindә
olduğunu müәyyәn etmәk olmurdu. Bir müddәt sonra
mәlum oldu ki, Əli bәy hakim “әl-İ ihad” partiyasına
üzv olub. Kralın әn yaxın tәrәfdaşlarından birinә
çevrilmәsi xidmәti pillәlәr üzrә vәzifәdә irәli çәkilmәsi
sürәtlәnirdi. Necә deyәrlәr, kral kortejindә gәzә-gәzә
özünә yaxşı gün ağlaya bilmişdi. Hal-hazırda isә

45
   40   41   42   43   44   45   46   47   48   49   50