Page 49 - "Bildirçin və payız"
P. 49
Áèëäèð÷èí âÿ ïàéûç

niyyәtindәdir, – Samir Hәsәnә mәhәl qoymadan
söhbәtinә davam elәdi.

– Bu yaxınlarda kral tәrәfdarlarından birinin etdiyi
çıxış vәziyyәtin gәrgin olduğunu әyani sübut edir. Gör
hansı zәmanәyә gәlib çatmışıq ki, hökm sürәn
anarxiyanın, hәrc-mәrcliyin qarşısını almaq üçün
“Vәfd”in yenidәn hakimiyyәtә qayıtmasını istәyirlәr.

– Mәnsә, Allaha dua edirәm ki, – Hәsәn özünü or-
taya atdı, – ölkәdә özbaşınalıq dәrin kök salsın.

Tәdbirin rәsmi hissәsi başlamaq üzrә idi. İsanı o
biri zala çağırdılar. Hәr üç zala birdәn sakitlik çökdü.
O, gedә-gedә әtrafında maraq dolu baxışlar hiss
edirdi. Bu sükutun ağırlığını әn çox öz çiyinlәrindә
hiss edәn Hәsәn idi. Bıçaq vursaydın, qanı çıxmazdı.
Bir neçә dәqiqәdәn sonra qәsrin dörd bir yanından
tәbrik sәdaları, sevinc dolu çığırtılar eşidilmәyә
başladı: Sәlva anasının vә nişanlısının müşayiәti ilә
qonaqların yanından keçib qırmızı zalda, mәxsusi
olaraq, xoşbәxt cütlük üçün ayrılan, qızıl güllәrlә
bәzәdilmiş yerә tәrәf irәlilәdi. Hәqiqәtәn dә, qәşәng
görünürdü: hündür boy-buxunu, arıq bәdәn quruluşu
vә uzun boğazı ilә anasına çәkmişdi, ağappaq yumru
sifәti, iri qara gözlәri isә atasınınkı idi. Lakin o nәmli
gözlәr ilә әtrafda baş verәnlәri sanki görmür, mәclisә
yığışan insanları arabir laqeyd baxışlarla süzürdü.
Fikri-zikri anasında idi. Tez-tez çönüb ona sarı baxır,
elә bil onun göstәrişlәrini gözlәyirdi, ya da sanki
kömәk dilәyir, mәslәhәt almaq istәyirdi. Amma
kәnardan o da hiss olunurdu ki, anasından ayrılmaq
Sәlvanı qorxudur, ona nәsә әzab verir.

49
   44   45   46   47   48   49   50   51   52   53   54