Page 51 - "Bildirçin və payız"
P. 51
Áèëäèð÷èí âÿ ïàéûç
da gördüyü bir tibb bacısına vurulmuşdu. Qızın
dalınca dәli kimi uzun-uzadı süründü. Lakin axırda
atası mәsәlәyә qarışaraq oğlunun başına ağıl qoymağa
başladı vә onu bu yoldan döndәrә bildi.
İndi aradan elә dә az vaxt keçmәmişdi. Bu müddәt
әrzindә hәyat onu bir çox şeylәrlә sınağa çәkmişdi:
hәbsxana görmüş, saysız-hesabsız zәrbәlәr almış,
dәfәlәrlә işindәn uzaqlaşdırılmış, xülasә, hәyatın
bütün eniş-yoxuşlarını yaşamışdı. Budur, Sәlva ilә on
illik ayrılıqdan sonra nәhayәt, nişanlandı. Lakin bu
müddәt ona әsl sevginin nә demәk olduğunu dәrk
etmәk vә Allahın ona bәxş etdiyi әn böyük hәdiyyәnin
dәyәrini bilmәk imkanı verdi.
– Əzizim, – Sәlvaya müraciәt edәrәk dedi, – ananla
sәn bir almanın iki üzünә bәnzәyirsiniz. Belә olması
mәni çox sevindirir.
– Hәlә onu yaşayıb görәrik, gәlәcәkdә dә belә
deyәcәksәn, ya yox, – Süsәn xanım gülәrәk dedi, –
çünki biz qayınanalar öz kürәkәnlәrindәn hәlәm-
hәlәm belә tәriflәr eşitmәrik.
Sәlvanı gülmәk tutdu. İsa isә öz növbәsindә bir az
lovğalanmaq qәrarına gәldi.
– Xaricdә yaşamaq sәni sıxmaz? – birdәn Sәlvadan
soruşdu. – Ola bilәr, gәlәcәkdә işimlә әlaqәdar tez-tez
sәfәrlәrә gedәsi oldum, yaxud da yüksәk vәzifәli
diplomatik post tutdum vә bununla әlaqәdar, uzun
müddәt ölkә hüdudlarından kәnarda yaşamalı olduq.
– Narahat olma! Nişanlın yaxşı tәhsil alıb. Üstәlik
alman dilini dә bilir, – Sәlvanın yerinә anası cavab
verdi.
51