Page 37 - "Bildirçin və payız"
P. 37
Áèëäèð÷èí âÿ ïàéûç
Bu adı eşidәr-eşitmәz bir-birinә zidd hisslәr İsanın
ürәyinә hakim kәsildi. Lakin bu hisslәr arasında biri –
mәğlubiyyәt acısı yaşamış insana xas olan kin hissi o
birilәrinә nisbәtәn daha üstün idi.
Ortaboylu, aydın üz cizgilәrinә, ağıllı gözlәrә, geniş
çәnәyә, iti buruna vә möhkәm bәdәn quruluşuna
sahib Hәsәn Əli әd-Dibağ otağa daxil oldu. Onun
yaxşı әhvali-ruhiyyәdә olması o dәqiqә sezilirdi. O,
әmisi arvadının әlindәn öpdü, sonra İsa ilә hәrarәtlә
görüşdü. Lakin belә isti münasibәt İsanın içindәki kini
zәrrә qәdәr dә azaltmadı. Hәsәn çay gәtirilmәsini
xahiş edәrәk onun yanında әylәşdi. Tәqribәn eyni
yaşda olsalar da, taleyin hökmü ilә, yaxud da müasir
dillә desәk, siyasi hәyatın qanunlarından irәli gәlәrәk,
onlar fәrqli pillәlәri tuturdular: İsa әmisi oğlunu xeyli
qabaqlayırdı. O, ikincidәrәcәli mәmur olduğu halda,
Hәsәnin tutduğu mövqe beşincidәrәcәli mәmur
vәzifәsinә uyğun gәlirdi. Ticarәt sahәsindә bakalavr
diplomuna sahib olsa da, Hәsәn bir müddәt iş tapa
bilmәdi. Buna görә dә, hәrbi sahәyә getdi.
– Siz tәrәflәrdә vәziyyәt-filan nә tәhәrdi? – İsanın
anası maraqlandı.
– Çox sağ olun, hәr şey yaxşıdır. Anam da, bacım
da yaxşıdır...
“Bacım” sözünü eşidәndә İsanın içindәki bayaqkı
nifrәt hissi daha da artdı. Amma bu nifrәtin qızla heç
bir bağlılığı yox idi. Problem qızda yox, onun
qardaşında – İsanın әbәdi vә әzәli rәqibi, hәm dә
düşmәnindә idi. Bir qәpiyin iki üzünü xatırladan bu
iki insanın bir-birinә qarşı qәrәzli mövqedәn çıxış
37