Page 33 - "Bildirçin və payız"
P. 33
Áèëäèð÷èí âÿ ïàéûç

bütün bunlara çoxdan alışmışdı; daim dәyişkәn siyasi
şәraitin bir qayda olaraq sevimli övladına әl verdiyini
dә bilirdi; qoca vә kәmsavad olmasına baxmayaraq,
siyasi hadisәlәri, ümumiyyәtlә, әtrafda baş verәn vә
oğlunun mövqeyinә, onun taleyinә tәsir göstәrәcәk
hәr şeyi diqqәtlә izlәyir, pisi yaxşıdan ayırırdı. Ona
görә dә, ana oğlu ilә fәxr edir vә onun dediyi hәr sözә
kor-koranә inanırdı. Övladın әldә etdiyi uğurlar
ananın vә mәrhum atanın xәyallarına gәtirә bilmәyә-
cәk qәdәr böyük idi. Düzdür, atası da ölәn günә qәdәr
dövlәt işindә çalışmışdı, lakin kiçik mәmur vәzifәsi
ona bu dünyada heç bir ad qoymaq imkanı vermә-
mişdi.

Bu günә kimi İsa özü özünә yol açmışdı; siyasi
manevrlәr edәrәk qarşıya çıxan çoxsaylı әngәlliklәrin
öhdәsindәn lazımınca gәlә bilmişdi. O, fırtınalı
dәnizlәrdә üzәn gәmi kapitanına bәnzәyirdi. Bәzәn
adama elә gәlirdi ki, nәhәng siyasi dalğalar elә bu saat
onu ağuşuna alıb suya qәrq edәcәk, lakin o, ağlı,
cәsarәti vә zirәkliyi sayәsindә bu çәtinliklәrә dә sinә
gәrәrәk suyun üzünә çıxır, hә a, mükafat olaraq әvvәl
tutduğu mövqedәn bir pillә yüksәyә dә qalxırdı.

Götürәk, elә bu gözәl mәnzili! Mәgәr bu, oğlunun
әldә etdiyi müvәffәqiyyәtlәrin әyani sübutu deyilmi?
Hәlә bu, qәşәng, gözoxşayan mebel! Hә a paşalar vә
nazirlәr öz ehtiramlarını nümayiş etdirmәk üçün onu
tez-tez ziyarәt edәrdilәr.

Yaşlı qadın Hicazdan gәtirilmiş tәsbehi qurumuş
barmaqları arasında dәnәlәyәrәk son hadisәlәrdәn
oğlunun zәrәr görmәmәsi üçün Allaha zikr vә dualar

33
   28   29   30   31   32   33   34   35   36   37   38