Page 31 - "Bildirçin və payız"
P. 31
Áèëäèð÷èí âÿ ïàéûç
vәcdә gәlmәyәn vә simasında nikbinlik әlamәtlәri
görünmәyәn Şükrü paşa sakit cavab verdi.
İsa yorğun, әzgin vә müharibәdәn mәğlub çıxmış
bir adam sәsi ilә dedi:
– Nәyә görәsә bu gün artıq ikinci dәfәdir senator
әs-Sәlhubinin müqavilәnin lәğvindәn sonra etdiyi
çıxış yadıma düşür: “Hәr şey Allahın iradәsi
altındadır. Amma deyәsәn, axırımız çatıb”.
– Yox, yox. Nә danışırsan? – Şükrü paşa bir qәdәr
özündәn razı dillәndi. – Bәlkә, doğrudan da, bizi
mәğlubiyyәt gözlәyir, ancaq senatorun düşündüyü
qәdәr dә aciz deyilik. Bizi hәlәm-hәlәm mәhv elәyib
yer üzündәn silmәk olmaz. Gücümüzü sәfәrbәr edib
daha da güclәnәcәyik.
Telefon zәng çaldı. Dәstәyi qulağına aparan andan
paşanın siması qayğılı görkәm aldı. Söhbәti qurtarıb
dәstәyi yerinә qoyduqdan sonra dedi:
– Ölkәdә fövqәladә vәziyyәt elan olunub...
– Yәqin, bu, cinayәtkarların yaxalanması üçündür,
– bir neçә dәqiqәlik üzücü sükutdan sonra İsa ehtimal
etdi. Paşadan sәs çıxmadı, o, yenә qәmgin düşüncәlәrә
qәrq olmuşdu. – Heç dәxli var?! Fövqәladә vәziyyәt.
Özü dә bizim hakimiyyәtimiz vaxtı, – İsa dözә
bilmәdi. – İşә bax ha!
– Bunun bizim partiyamıza nә dәxli var, – paşa üz-
gözünü turşudaraq cavab verdi. – Mәsәlәnin,
ümumiyyәtlә, yaxından-uzaqdan bizә aidiyyәti yox-
dur.
31