Page 27 - "Bildirçin və payız"
P. 27
Áèëäèð÷èí âÿ ïàéûç

qaldırıb yerindә dikәldi, qaşlarını çatdı, alın hissәdә
genәlib iti çәnәsinә doğru getdikcә daralan üçkünc
sifәtini paşaya tәrәf çevirәrәk gözlәrini ona zillәdi.

– Demәli, sәn gәlәndә Qahirә artıq alovlar
içәrisindә idi? – paşa soruşdu.

– Əsl cәhәnnәm abı-havası hökm sürürdü...
– Tәәssüf!.. Çox tәәssüf!.. De görüm, kanaldakı
vәziyyәti necә qiymәtlәndirirsәn?
– Gәnclәrdә ruh yüksәkliyi böyükdür, amma silah-
sursata ehtiyac var. İngilislәr tәrәfindәn polis
qüvvәlәrimizin kütlәvi qırğını hamını özündәn
çıxarıb.
– Hә, hәmin o qırğın-qiyamәti deyirsәn...
– Bәli, – İsa qәmgin halda cavab verdi. – Biz sürәtlә
uçuruma doğru... – son sözlәr sanki boğazında ilişib
qaldı. Tәşviş içindә baxışları toqquşdu.
– Bәs adamlar bizim barәmizdә nә düşünürlәr? –
paşa soruşdu.
– İnsanlarda vәtәnpәrvәrlik әhvali-ruhiyyәsi әn
yüksәk hәddәdir. Düşmәnlәrimizә gәlincә, xalqın
hiddәtini boğmaq, bizi gözdәn salmaq üçün şayiәlәr
buraxırlar: guya kanaldakı hadisәlәri biz özümüz
qәsdәn tәşkil etmişik ki, xalqın başı qarışsın, işlәrimizә
müdaxilә edәn olmasın.
– Vicdansızlar! Demәyә hәmişә nә isә tapırlar, –
paşa yana-yana nırçıldadı vә İsaya tәklif etdi – gәl, әn
yaxşısı, bir qәhvә içәk.
Qabaqlarında olan balaca stolun üstünә gümüş
suyuna çәkilmiş qәhvәdan vә içinә peçenye yığılmış
boşqab qoyulmuşdu. Paşa İsaya әrkyana iki fincan

27
   22   23   24   25   26   27   28   29   30   31   32