Page 23 - "Bildirçin və payız"
P. 23
Áèëäèð÷èí âÿ ïàéûç
Süveyş әtrafında gedәn döyüşlәrin iştirakçısı olan vә
silah çatışmazlığından әsәblәşәn gәnc vәtәnpәrvәr bu
mәşum mәnzәrә ilә qarşılaşsa, görәn, nә reaksiya
verәr, ölkәni dağıtmağa sәslәyәn şüarları eşitsә, bu
mәnhus niyyәtin sahiblәrinә nә cavab verәrdi?
Yanğınlar, dağılmış ev vә dükanlar, şәhәri
bürümüş tüstü, günün şüarları – bunların hamısı
ağlasığmaz olmaqla yanaşı, iyrәnc tәsir bağışlayırdı.
Lakin bundan da iyrәnci vә dәhşәtlisi Qahirә
küçәlәrinin qaranlıq dalanlarında gizlәnmiş xәyanәt
hissi idi.1 Deyәsәn, hamı ağlını itirmişdi. İsa izdihamın
ortasında vurnuxa-vurnuxa qalmışdı. Tez-tez
müvazinәtini itirmәyindә geydiyi uzun qurğuşun
rәngli plaş vә ayaqlarını zәdәlәyәn ağır çamadan da
az rol oynamırdı. Nәhayәt, o, birtәhәr azğınlaşmış
kütlәnin içindәn sivişib çıxa bildi. Bir qәdәr dayanıb
nәfәsini dәrdikdәn sonra çamadanın qulpundan
yapışıb var gücü ilә onu dartmağa başladı. Kanal
әtrafında cәrәyan edәn hadisәlәri vә fәdailәrin
tәlәblәrini ehtiva edәn, birbaşa onun tәrәfindәn
hazırlanan vә nazirә tәqdim edilmәsi nәzәrdә tutulan
mәruzәnin bir bәndi belә indi yadına düşmürdü.
Gәlәcәk ona alov şölәlәri saçan şәhәri başdan-ayağa
bürüyәn qara tüstü kimi qaranlıq görünürdü.
1Romanda təsvir olunan hadisələr 1952-ci ilin 26 yanvar tarixində baş vermişdi.
Süveyş kanalında ingilis provokatorları tərəfindən misirli vətənpərvərlərə divan
tutulmasına qarşı baş qaldırmış qeyri-mütəşəkkil kütləvi etiraz aksiyaları zamanı
qətl və yanğınlar törədilmişdi (tərc.).
23