Page 21 - "Bildirçin və payız"
P. 21
Áèëäèð÷èí âÿ ïàéûç

lar heç bir mәntiqә sığmayan etinasızlıqla qarşılarına
çıxan nә varsa, hamısını sındırır, dağıdıb-tökürdülәr.
Evlәrin sütun vә divarlarının uçması ildırım çax-
masına bәnzәyirdi.

“Xalq uzun müddәt idi, qәzәbini boğa bilirdi.
Ümidsizlik içindә vurnuxan insanların sıxıntısı
dözülmәz hәddә çatmış, sәbr kasası artıq dolub
daşmışdı, – İsa düşünürdü. – Amma yenә dә, bu, әsas
vermir ki, hәrә әlinә bir dәmir parçası alıb düşsün
şәhәrin canına. Bu, nә bәdbәxtlikdir xalqa üz verib?!
Başa düşürәm, dağıtmağa, yandırmağa qalsa, hәr şey
elәmәk olar. Amma Qahirә buna layiq deyil. Onun heç
bir günahı yoxdur. Bu insanlar nә etdiklәrini özlәri dә
tam dәrk edә bilmirlәr. Böyük ingilis diviziyası
gәlsәydi, bu boyda hәngamәnin heç onda birini edә
bilmәzdi.

Süveyş müharibәsi artıq başa çatmışdır. Müharibәni
uduzduğumuza adım kimi әminәm. Çünki hökumәtin
ordusu yoxdur. Şәhәrdә baş verәn özbaşınalığın
qarşısını alacaq, qәsdәn yanğın törәdәnlәri cәzalandıra-
caq kimsә dә yoxdur. Doğrudanmı, әzәmәtli şәhәr son
nәticәdә alovlar içindә yanıb kül olacaq, onun üç milyon
әhalisi isә evsiz-eşiksiz, sәfalәt içindә qalacaq? Doğru-
danmı, xarabalıqlar üstündә qarğa-quzğun uçuşacaq,
epidemiyalar yayılacaq, anarxiya baş alıb gedәcәk vә in-
gilis qoşunları tәkrarәn Qahirәyә soxulub şәhәrdә
qayda-qanunu “bәrpa edәcәk”? Doğrudanmı, üz verәn
fәlakәtlәr fonunda insanlar müstәqilliyә can atma,
vәtәnpәrvәrlik kimi hisslәri yadırğamış, xoşbәxt
gәlәcәyә olan ümidlәrini tamamilә itirmişlәr?”

21
   16   17   18   19   20   21   22   23   24   25   26