Page 29 - "Bildirçin və payız"
P. 29
Áèëäèð÷èí âÿ ïàéûç

mebel cәlb etdi. Lakin o, eyni zamanda, doğma insanla
ayrılıqdan doğan kәdәr hissi dә aşılayırdı. İsa bu an
nәdәnsә Mark Antoninin Yuli Sezarın cәsәdi üzәrindә
göz yaşı axıtmasını xatırladı.

– Alov öz işini görüb qurtardıqdan sonra yanğın da
sönәcәk, – nәhayәt, Şükrü paşa laqeydliklә cavab
verdi.

İsanın yumru, qonur gözlәri maraqdan parılda-
mağa başladı. Şükrü paşanın sözlü adam olduğu
görünürdü.

– Bәlkә insanlar elә küyә düşüb küçәlәrә tökü-
lüblәr? Bәlkә heç narazılıq üçün bir әsas yoxdur? – elә
hey hәmsöhbәtini açıq danışmağa dәvәt etmәyә
çalışırdı.

Paşa yan-yana asılmış kostyumlara baxaraq
gülümsәdi:

– Söz yox, narazılıq var. Amma onun arxasında
nifrәt dә gizlәnir. Qәzәbli insanın gözü hәmişә kor
olur. Onun atacağı addımı qabaqcadan müәyyәn
elәmәk dә olmur. Nifrәt isә başqa şeydir. O,
әvvәlcәdәn cızılmış konkret plan üzrә istiqamәtlәnir.

– Biz hakimiyyәtdә ola-ola belә şeylәr necә baş verә
bilәr?

Paşa gülümsәdi. Lakin gülüşü quru, qeyri-tәbii
çıxdı.

– Gündüzümüz qara buludlarla örtülüb, sanki
hәyat elә gecәdәn ibarәtdir. At izi it izinә qarışıb. Hәr
şey aydınlaşana qәdәr gözlә görәk!

Gәrginlikdәn kreslosunda qurcuxan İsa dәrindәn
elә köks ötürdü ki, ağzından çıxan hava axını qarşısın-

29
   24   25   26   27   28   29   30   31   32   33   34