Page 393 - "Bildirçin və payız"
P. 393
Ùåêàéÿëÿð
әclaf olmadığına әyani sübut hardadır? İstәnilәn insan
yaxınları ilә danışarkәn belә mehriban görünә bilәr.
Mәsәlәn, hәbsxana rәisi. Aman Allah! O vәhşinin
sifәtini heç unutmaq olar?! Ancaq bir dәfә necә oldusa,
Bayumi onu oğlu ilә oynayan görmüşdü – ata-bala elә
gülüşürdülәr ki, hәbsxana rәisi dә kәnardan baxana
әsl insan kimi görünә bilәrdi...
Ara mәsafәsi gözlәmәk şәrti ilә Bayumi Abdus-
Samәdin arxasınca getdi, hәyәcandan әllәri әsirdi, bu
an yalnız bir istәyi vardı: kaş hәr şey tezliklә başa
çataydı. Abdus-Samәd çox sakit addımlayırdı. O,
hardan bilәydi ki, arvad-uşağının üzünü bir dә görә
bilmәyәcәk vә bu gün onun hәyatının son günü olacaq.
Hardan bilәydi ki, indi yalnız arxasınca gәlәn vә
varlığından xәbәrsiz olduğu adam onun taleyinin necә
olacağını deyә bilәr vә bu adam cәmi әlli funta onun
cәlladı olmağa razılıq verib. Maraqlıdır, görәsәn, Ab-
dus-Samәdin var-dövlәti onun qәtlinә fәrman verәnlәrin
bu iş üçün ayırdığı puldan neçә dәfә çoxdur?
“Bu adam indi hara gedir? – әtrafa göz qoyan
Bayumi fikirlәşdi. – Bu yol axı onun ofisinin yerlәşdiyi
Mәbyadaya aparmır. Hә-ә... Bir evә girmәk üzrәdir.
Evin açıq pәncәrәsindәn qışqırıq, ağı sәslәri gәlir.
Demәli, Abdus-Samәd ölü yerinә gәlib. Vay dәdәm
vay! Düşdüyüm günә bax e-e!”
Bayumi bir az kәnarda dayanıb, olub-keçәnlәri
izlәmәyә başladı. Əli qeyri-ixtiyari cibindә gizlәtdiyi
donmuş әt parçasına sarı getdi. Ondan bir tikә qoparıb,
çeynәmәyә başladı. Konyakdan bir qurtum alıb,
boğazını yaşlamaq istәdi, ancaq nәfsini basa bildi:
393