Page 387 - "Bildirçin və payız"
P. 387
Ùåêàéÿëÿð

– Hey... Bayumi!
Qamçı zәrbәsindәn sәksәnәn kimi oldu. Deyәsәn,
sonda yenә kimәsә lazım olub. Çönәndә sevincindәn
uşaq kimi atılmaq istәyirdi. Bayumi onu sәslәyәn
adama sarı qaçdı, çatıb әllәrindәn öpmәyә başladı.
– Xoş gördük, xoş gördük sizi, ağa! Cәnab Əli
Rukn Seyyidә salam olsun...
Əli Ruku kobud formada onun әlini kәnara itәlәyib
dedi:
– Az çәrәnlә! Əsas de görüm, hәbsxana üçün
darıxmamısan?
– Sizin kimilәr olmasaydı, – Bayumi yaltaqlandı, –
darıxmaq nәdi, ölәrdim...
– Yenә çәrәnlәyirsәn.
Cәnab Əli faytona sarı gedib, Bayumiyә әli ilә
yanında oturmasını işarә etdi. Bayumi gözlәrinә inan-
masa da, itaәt etmәyә mәcbur oldu, başa düşmüşdü
ki, onu vacib bir iş üçün axtarırlar. Cәnab Əli yüyәni
dartdı, at torpaq yolda yortma qaçdı. Əli Rukn qaşlarını
çatıb әtrafa göz qoydu, sonra birdәn üzünü Bayumiyә
tutub soruşdu:
– Hacı Abdus-Samәd әl-Habbәnini öldürә bilәrsәn?
Bayuminin sir-sifәti dәyişdi.
– Öldürmәk? – mızıldandı.
– Hә, – Əli Rukn saymazyana cavab verdi, sanki
dediyi sözlәrin ciddiliyi onu qәtiyyәn maraqlandırmırdı.
– Mәn indiyә kimi heç kimi öldürmәmişәm axı.
– Onda salamat qal! – onun sözlәrinә soyuq tәrzdә
reaksiya verәn Əli Rukn yüyәni dartdı.
Lakin Bayumi yerindәn qımıldanmadı.

387
   382   383   384   385   386   387   388   389   390   391   392