Page 383 - "Bildirçin və payız"
P. 383
Ùåêàéÿëÿð

Son sözlәri deyәndә gözlәrini gәnc müәllimin
sifәtindәn ayırmadı. Bәyin axır kәlmәlәri vә danışıq
tәrzi nә qәdәr tәәccüblü gәlsә dә, bir o qәdәr dә onda
maraq oyatdı. Qonaq bir dәqiqәlik tәrәddüddәn sonra
әlavә etdi:

– Siz hәm Totonun, hәm mәnim, hәm dә bütün
ailәnin әmin-amanlığı üçün gәlmәlisiniz. Mәnә qulaq
asın... Siz gәlmәlisiniz...

Rizvan bәy qızardı, alt dodağı vә çәnәsi әsmәyә
başladı, az qaldı ki, uşaq kimi ağlasın. O, müәllimin
cavabını gözlәmәdәn çevrilib mәnzildәn çıxdı. Anissә
bir müddәt tәzadlı hisslәr içindә vurnuxa-vurnuxa
qaldı.

Bu ziyarәtdәn sonra Anis heç cürә rahatlıq tapa
bilmirdi, daxilindә kәskin böhran baş qaldırmışdı.
Ürәyi, toruna düşdüyü qadına qarşı olan cinsi istәklәri
ilә sakit, firavan hәyata meyillәri arasında mübarizә
mәngәnәsinә düşmüşdü. Əslindә o, güclü iradә vә
tәfәkkürә sahib idi, insanın başını tovlayıb, yolundan
çıxaracaq hәr nә vardısa, ondan özünü sığortalamağa
qadir idi. “Azacıq aşım, ağrımaz başım” deyәrәk,
nәhayәt, nәfsinә qalib gәlә bildi vә tәdricәn Rizvan
bәyin evini, onun gözәl, inadkar arvadını yaddaşından
silmәyә müvәffәq oldu. Bu insanlar onun üçün artıq
tarixә qovuşmuş, onların siması isә beyninin hansısa
bir küncündә lazımsız bir xatirәyә çevrilmişdi.

May ayı idi. Bir gün Anis fakültәyә imtahanın nәti-
cәlәrini öyrәnmәyә getmişdi. Kimsә әlağacıyla
zarafatyana onun yolunu kәsdi. Başını qaldıranda
qarşısında Rizvan bәyi gördü. O, kafedәn çıxıb maşına

383
   378   379   380   381   382   383   384   385   386   387   388