Page 379 - "Bildirçin və payız"
P. 379
Ùåêàéÿëÿð

Qadının dәrslәrdә iştirakı artıq ona maneçilik yaratmır,
әksinә, gәnc müәllim bunu hәyatın ona bәxş etdiyi
bәxtәvәrlik kimi qiymәtlәndirirdi. O, Tizada yeni-yeni
mәziyyәtlәr aşkar edir vә getdikcә başını tamam
itirirdi. Rizvan bәyin cazibәdar arvadı da artıq gәnc
müәllimә simpatiyasını gizlәtmәmәyә çalışır, bәdәninin
yarıçılpaq әzalarını ona nümayiş elәtdirir, füsunkar
gözlәrinin odsaçan baxışları Anisi şimşәktәk vururdu.
Tәcrübәsiz gәnc bu cazibәyә müqavimәt göstәrmәkdә
aciz idi.

Bir dәfә onlara gәlәndә dәrs otağında ancaq ev
sahibәsini gördü. Hәmişәki yerini tutduqdan sonra
şagirdini soruşdu, lakin qәlbinin dәrinliyindә onun
mәşğәlәyә gecikmәsindәn elә dә narahat deyildi.

– Toto atasıyla Zamalekә, bacısıgilә gedib. Bacısı
naxoşlayıb, – Tiza izahat verdi.

Müәllim evi tez tәrk etmәyә mәcbur qaldığından
mәyus olmuşdu. Ayağa qalxdı ki, çıxıb getsin.

– Hara gedirsiniz?
– Gәldiyim yerә, – әli ilә qapını göstәrib dedi.
– Yox! – deyәrәk qadın ona ötkәm baxış atdı.
Anisin ürәyi tez-tez döyünür, nәfәsi getdikcә
daralırdı: çaşqınlıq vә utancaqlıq bir-birinә qarışmış,
yerindә donub qalmışdı. Sonra o, ağzına kәlmә dә al-
madan, әtrafında heç nә görmәdәn qadının ardınca
getdi...
Hәmin gündәn ev sahibәsi daha dәrslәrdә otur-
murdu. Qadın onların tәklikdә, şahidlәrin gözünә
görünmәdәn, görüşәcәyi günlәri özü müәyyәnlәşdirirdi.
Dәli ehtirasın ağuşuna düşәn Anis özünü isti axının

379
   374   375   376   377   378   379   380   381   382   383   384