Page 375 - "Bildirçin və payız"
P. 375
Ùåêàéÿëÿð

Xoşbәxtliyin dәyәri

Qulluqçu Anisi otağa keçirdi. Orada onun balaca
şagirdi Toto hәr zamankı kimi müәlliminin gәlişini
oturub gözlәmәli idi. Lakin otaqda kimsә yoxuydu.
Anis kresloya әylәşib divardan asılmış şәkillәri gözdәn
keçirmәyә başladı. Düz on gündür ki, o, bu evә gәlir
vә Toto da ilk dәfәdir dәrsә gecikir. Müәllim qulluqçunu
çağırmağa hazırlaşırdı ki, birdәn qapının arxasında
asta addım sәslәri eşitdi. Uşaq qoltuğunda kitab-dәftәr
otağa daxil oldu. Anis ciddi sifәt alıb şagirdinә tәnә
ilә baxdı vә o dәqiqә dә uşağın qızarmış gözlәrindә
hәlә qurumamış yaşı, çәnәsinin hәyәcandan әsdiyini
gördü.

– Nә olub sәnә? – şәfqәtlә soruşdu.
Sual bayaqdan gizlәdilmiş hisslәr sәddini darma-
dağın etdi vә uşağın sıxıb saxladığı göz yaşları sel
kimi axdı.
– Tiza... Tiza vurdu mәni, – uşaq içini çәkә-çәkә
dillәndi. – Atamla dalaşdılar. Hәlә dә bir-birinin üstünә
qışqırırlar.
Bu sözlәr Anisa çox şeyi izah edirdi, sorğu-sualı
davam etdirmәyә ehtiyac qalmamışdı. Ancaq uşaq
özü müәlliminә balaca qәmli әhvalatını danışmağa
başladı. Anası sәkkiz il öncә doğuş zamanı dünyasını
dәyişmişdi. Toto onun sonuncu övladı idi. Atası bir,
ya iki ildәn sonra Tizayla evlәnir. Totonun dörd bacısı
var, hamısı da әrә gedib. Bircә o analığının himayәsindә
qalmışdı. Atası ilә analığı hәr şeyә görә qanqaraçılıq

375
   370   371   372   373   374   375   376   377   378   379   380