Page 371 - "Bildirçin və payız"
P. 371
Ùåêàéÿëÿð
Kimisi onun düzlüyünә şübhә ilә yanaşırdı, başqa
bir qisim isә, az qalırdı paxıllığından ölsün.
Abdә isә öz növbәsindә nәzәrәçarpacaq dәrәcәdә
dәyişdi. Gözlәrindә hәr zaman aşkar hiss olunan
hәlimlik yerini lovğalığa verdi. Mülayimlik iri tacirin
maliyyә imkanlarının tәlәb etdiyi sәrtlik vә qәtiyyәtlә
әvәz olundu. Onun bu yeni qazanılmış keyfiyyәtlәri
tәkcә ticarәtdә deyil, ailә içindә dә özünü büruzә
verirdi: Umm Abbasın qaynanası vә baldızları ilә
mübahisәlәrindә daima arvadının ağzının üstündәn
vururdu. Hәr zaman diqqәt, nәvaziş göstәrәn vә
başqalarından da bunu gözlәyәn qadın әrinin
kobudluğunu hәzm elәyә bilmirdi, onu dәrin kәdәr
hissi bürüyürdü. Ailәdә münasibәtlәr dözülmәz
hәddә çatmışdı. Nәhayәt, Umm Abbas әlindәn alınan
hüquqlarını geri qaytarmağa cәhd etdi.
Evimdә tәk yaşamaq istәyirәm, yad adamların
burda qalmasına day dözә bilmirәm, – әrinә bildirdi.
– Elә isә hara istәsәn, rәdd olub gedә bilәrsәn, –
Abdә heç düşünmәdәn qışqırdı.
Umm Abbas eşitdiklәrinә inana bilmirdi.
– Bura mәnim evimdir, – çığırdı, – onların burda
nә işi var axı?
Hәngamә qopdu: qadınlar saçyolduya çıxdılar.
Anasının xәtrinә dәymәk istәmәyәn Abdә әvvәlcә
arvadını kötәklәmәyә girişdi, axırda isә, ümumiyyәtlә,
onu evdәn qovub çıxardı. Umm Abbas tәk-tәnha,
evsiz-eşiksiz qaldı. Bir kasıb ailә – birinci әrinin uzaq
qohumları ona sığınacaq verdi. Bu hadisә bütün
mәhәllәni sarsıtdı. Abbas anasının tәzә sığınacağına
gәlib, onun qapısı ağzında qışqırdı:
371