Page 377 - "Bildirçin və payız"
P. 377
Ùåêàéÿëÿð

– Çalışqan uşaqdır, – Anis cavab verdi. – Son iki
hәftәdә qrammatika vә oxuda yetәrincә irәlilәyiş var.
Tәkcә tanış olmayan sözlәri әzbәrlәmәkdә çәtinlik
çәkir.

Qadın gülümsәyәrәk dәrsә davam etmәyi xahiş
elәdi. Gәnc müәllim başa düşdü ki, o, mәşğәlәdә
iştirak etmәk istәyir vә çıxılmaz vәziyyәtdә qaldığından
dili topuq çala-çala növbәti tapşırığı Totoya izah
elәmәyә başladı. Arabir xәlvәti qadına göz qoyan Anis
onun baxışlarını tez-tez üzәrindә hiss edirdi. Qadının
onun danışığına diqqәt yetirdiyini zәnn edәn gәnc
müәllim fikrini bu istiqamәtә cәmlәmәyә vә düzgün,
gözәl ifadәlәrdәn istifadә etmәyә başladı. Ancaq
özündәn asılı olmayaraq gözlәri hәrdәn penuarın açıq
hissәsinә sataşırdı. Anis bir az da pәrt halda üzünü
yana tutub danışmağa mәcbur oldu.

Gәnc qadın otaqda çox dayanmadı vә bir qәdәr
sonra sağollaşıb çıxdı. Onu tәәccübdolu baxışlarla
yola salan Anis Totodan xәbәr aldı:

– Bu, sәnin bacındır?
Uşaq başını bulayıb, soyuq tәrzdә dedi:
– Tizadır.
– Tiza? – tәәccübdәn gözü bәrәlә qalan Anis soruşdu.
– Hә, – deyә cavab verәn Toto müәllimini altdan-
altdan pis-pis süzdü.
Özünü әlә alan Anis daha heç nә soruşmadı, lakin
gözlәnilmәz görüş barәdә dә düşünmәyә bilmirdi.
Qizadakı mәnzilinә qayıdanda Totonun atasının xarici
görkәmini yadına saldı. Onu ilk dәfә o evә ayaq
basanda görmüşdü. Bu yumru, keçәl, balacabaşlı,

377
   372   373   374   375   376   377   378   379   380   381   382