Page 335 - "Bildirçin və payız"
P. 335
Ùåêàéÿëÿð

qurtarıb әkildim. Amma qaçhaqaçda belimә bir yum-
ruq ilişdirә bildi. Buna baxmayaraq, gördüklәrim
mәnә o qәdәr lәzzәt elәmişdi ki, sevincimdәm tullana-
tullana dükana girdim vә satıcıya:

– Əmi, yağlı paxla ver dә! – dedim.
Satıcı başını qaldırıb mәnә baxdı vә heç nә
demәdәn yenә öz işinә davam etdi. Sözlәrimi ikinci
dәfә tәkrar etdikdә әsәbi halda:
– Boşqabı bәri uzat görüm! – dedi.
– Boşqabı?!
Boşqab tamam yadımdan çıxmışdı. Görәsәn, onu
harda qoydum? Bәlkә, bayaq qaçanda salmışam?
Bәlkә dә, elә sehrbaz oğurlayıb? Artıq sәbri daralan
satıcı dillәndi:
– Ay uşaq, deyәsәn, sәn bu gün әmәlli-başlı
dolaşmısan.
Geriyә qayıdıb yolda itmiş boşqabı axtarmağa
başladım. Bayaq sehrbazın olduğu yerdә indi heç kim
yox idi. Lakin qonşu mәhәllәdәn gәlәn uşaqların sәs-
küyü onun orda olduğundan xәbәr verirdi. Uşaqların
yaratdığı dairәni dolanaraq, nәhayәt, sehrbazla
yenidәn üz-üzә dayandım. Mәni görcәk qışqırdı:
– Ya pul ver, ya da itil gözümdәn!
– Boşqabım, – mәyus halda dillәndim.
– Nә boşqab, a gәdә!
– Boşqabımı geri verin!
– Nә qәdәr ki, sәni ilanlara yem elәmәmişәm,
cәhәnnәm ol!
Aydın mәsәlәdir, boşqabın dalına o keçmişdi. Xәta-
bәladan kәnar olmaq üçün sehrbazın gözündәn
uzaqlaşdım. Dilxorluqdan mәni ağlamaq tutmuşdu.

335
   330   331   332   333   334   335   336   337   338   339   340