Page 331 - "Bildirçin və payız"
P. 331
Ùåêàéÿëÿð

Sehrbaz boşqabı
yoxa çıxartdı

Bәlkә, faydalı bir işlә mәşğul olasan? – bir dәfә
anam mәnә dedi vә әlini cibinә salıb әlavә etdi:

– Götür, bu piastrı, get paxla al! Bir dә diqqәtli ol,
yolda uşaqlarla oynayarsan, maşın sәni vurub elәyәr.

Anam verdiyi boşqabı götürüb ayaqqabımı
geyindim vә mahnı oxuya-oxuya yola düzәldim. Paxla
satılan dükana gәlib çatanda onun qarşısında böyük
bir izdihamın olduğunu gördüm. Xeyli vaxt növbәdә
gözlәmәli oldum. Nәhayәt, mәrmәr piştaxtanın
qabağına yaxınlaşaraq mehriban sәslә:

– Əmi, zәhmәt olmasa, mәnә bir piastrlıq paxla
verin dә! – dedim.

– Necә paxla istәyirsәn, quru, yoxsa yağlı? – satıcı
cәld soruşdu. – Nә cavab verәcәyimi bilmәdim. Bunu
görәn satıcı kobud şәkildә: – Piştaxtadan kәnara çәkil,
müştәrilәrin yolunu kәsmә! – dedi.

Kor-peşman evә qayıtmalı oldum. Anam mәni
әliboş görcәk:

– Bu nәdir, әliboş gәlmisәn? Avaranın biri avara!
Yüz faiz ya paxlanı yolda tökә-tökә gәlmisәn, ya da ki,
pulu itirmisәn, hә? – qışqırdı.

– Demәmişdin axı hansı paxladan alım, quru,
yoxsa, yağlı! – özümә bәraәt qazandırmağa çalışdım.

– Ay huşsuz! Mәgәr bilmirsәn, hәr sәhәr sәnә hansı
paxladan verirәm?

331
   326   327   328   329   330   331   332   333   334   335   336